YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Marallar

Erkək maralların əksəriyyətinin budaqlı buynuzları olur. Bu buynuzlar hər il düşür və yenisi əmələ gəlib uzanır.


Cavan buynuzlar-pantlar əsəb və qan damarları düzülmüş və çox həssasdırlar. Uzandıqca sümükləşirlər. Yaşlı maralların rəngi tünd, cavanlarınkı isə xallı olur. 


Şimal maralı-həm dişisinin, həm də erkəyinin buynuzu olan yeganə maral növüdür. Yayda marallar ot, yarpaq, göbələklərlə qidalanırlar. Qışda isə onların əsas qidası şibyə olur. Onu əldə etmək üçün maral möhkəm dırnaqları ilə bir metrlik qar qatını dağıdır, bərk buynuz qatını sındırır. Artım mövsümündə erkək marallar 3-13 dişidən ibarət hərəmxana toplayırlar. Buraya böyümüş maral balaları da qatılırlar. Yeni doğulmuş maral balası ilk gününün sonuna kimi anasının ardınca getməyə qadir olur. Artımdan sonra erkəklər buynuzlarını atır, dişilərinki isə qışın sonuna kimi qalır. Onların köməyi ilə dişilər qar oyuqlarındakı şibyələri buynuzsuz erkəklərdən qoruyurlar. Tükünün xüsusi quruluşu şimal maralına 50 dərəcəlik soyuğa tab gətirməyə kömək edir. 


Sığın-maral fəsiləsinin ən iri nümayəndəsidir, çəkisi 600 kq-a qədərdir. Avrasiya və Şimali Amerika meşələrində geniş yayılıb.