YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Norton Andre

Fantastika janrının böyük qadın yazarı Andre Norton 1912-ci il fevralın 17-də Klivlenddə anadan olub.

 

Andre Norton 1930-1932-ci illərdə Vestern universitetində təhsil alıb, 20 il Klivlend ictimai kitabxanasında işləyib. O, 1950-1956-cı illərdə Cırtdanpress nəşriyyatının redaktoru kimi fəaliyyət göstərib.

 

O, 1947-ci ildə əsərlərini fantastik janrda yazmağa başlayıb. Nortonun yaradıcılığında fantastik janrda yazılmış romanları içərisində ən məşhurları bunlardır: Kraterin insanları, Ulduzlar qapısı, Günəş kraliçası, Cadügərlik dünyası. Yazıçı cəmi 130 roman yazıb. O, 1984-cü ildə “Jül Vern”, 1997-ci ildə isə “Dünya fantastika” mükafatlarının qalibi olub. 


Andre Norton 2005-ci il martın 17-də Amerikanın Tennesi ştatında Merfrisboro şəhərindəki evində vəfat edib.