YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Məhsəti Gəncəvi

Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulub və ömrünün sonuna qədər burada yaşayıb. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürüb. 

 

Şairənin anadan olma tarixi məhz  “Əmir Əhməd və Məhsəti”  dastanında verilib.

 

Böyük şairənin həyatı barədə məlumatlar əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar institutunda, İstanbulda və Londonda saxlanan XIII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanından götürülüb.

 

İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən rübai, qitə və qəzəlləri toplanıb və 1957-ci ildə 200-ə yaxın şeir parçasından ibarət divanını tərtib edib. 


 
Məhsəti Gəncəvinin rübailəri təkcə azərbaycan dilinə deyil, ingilis, italyan, alman və fransız dillərinə tərcümə edilib. Məhsəti Gəncəvinin Gəncədə muzeyi yaradılıb və 1980-cı ildə heykəli ucaldılıb.