YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hacıyev Əlif

Əlif Hacıyev 1953-cü ildə iyun ayının 24-də Xocalı şəhərində doğulub.

 
1971-1973-cü illərdə Minsk şəhərində hərbi xidmətdə olub. 1974-1984-cü illərdə Belorusiya Daxili İşlər Nazirliyi sistemində və ardından Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər İdarəsində müxtəlif vəzifələrdə işləyib. 1976-1979-cu illərdə M.V.Frunze adına SSRİ DİN-nin Xüsusi Orta Milis Məktəbində təhsil alıb. 1981-ci ildə təhsilini SSRİ DİN-nin Akademiyasının Leninqrad fakültəsində davam etdirib. 1982-ci ildə xidmət yerini Azərbaycan Respublikasına dəyişməsi ilə əlaqədar təhsilini Hərbi Akademiyanın Rostov vilayətindəki strukturunda davam etdirib.
 
Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər Şöbəsində işləyərkən millətçi ermənilər tərəfindən ona qarşı dəfələrlə xəyanətkarlıq edilib. Hətta cinayət işi açmışdılar. Lakin 1988-ci il Dağlıq Qarabağ hadisələrinin başlanması ilə Əlif Hacıyevə qarşı ermənilər tərəfindən edilən qatı cinayətin üstü açılmış, o bəraət qazanmış və öz işinə bərpa edilmişdir. Əlif 1990-cı ildə Xocalıya qayıdıb. Dağlıq Qarabağda yaradılmış Təşkilat Komitəsində fəaliyyət göstərib.
 
1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi. O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib. Ona demişdi ki,
 
“Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan."
 
Əlif Xocalı camaatı üçün çox iş gördü. Gecəli-gündüzlü, erməni daşnakları ilə vuruşdu və xalq, Vətən uğrunda qəhrəmanlıqla həlak oldu. O müdhiş gecədə Əlifin qardaşı Süleyman da həlak oldu. 
 
Əlif Hacıyev Bakının Şəhidlər xiyabanında dəfn edilib.
 
Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.