YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Gəmiricilər

Oxlu kirpilərin bədəni iti, uzun iynələrlə örtülüb, təhlükə zamanı yelpik kimi açılır. Yırtıcıdan qaçaraq, oxlu kirpi hiylə işlədir. Birdən dayanır və öz oxlarını yırtıcıya tərəf atır, yırtıcının çaşqınlığından istifadə edib, öz dərin və rahat yuvasında gizlənir.Yeni doğulmuş oxlu kirpiciklərin bədəni yumşaq oxlarla örtülür, ancaq artıq bir həftə sonra onlar bərkiyir.


Gəmiricilərin ən irisi Cənubi amerikalı kabiradır. Onun çəkisi 50 kq-dan artıq ola bilir. Bütün gəmiricilər, demək olar ki, sevimlidirlər. Ancaq onlardan tək biri vardır ki, adi insanı diksinməyə məcbur edir. Bu, suda və quruda insandan əl çəkməyən, onunla bərabər bütün yer üzündə məskunlaşmış siçanlardır. Siçanlar ərzaqları yeyir və korlayır, taun da daxil olmaqla 30-a qədər təhlükəli xəstəliklər yayırlar. Bəzən insanlara da hücum edirlər. Bunların hamısını 2 növ siçan edir: boz və qara.


Siçovul son dərəcə ağıllı, ən çətin vəziyyətdən tez çıxış yolu tapan canlıdır. Ona görə də elmin ən müasir nəaliyyətlərinə baxmayaraq, insanın siçanla olan müharibəsi heç vaxt bizim qələbəmizlə qurtarmır.
Bala siçan ən xırda gəmiricidir. Bu kiçicik heyvanlara Avropa və Asiyanın meşə və çöllərində rast gəlmək olar. 


Nəhəng Asiyalı sincablar və yaxud ratuflar Hindistan və Hind-Çin tropik meşələrində yaşayırlar. Həyat tərzinə görə bu sincablar bizim sincabları xatırladır: ağac oyuqlarında yerləşir və ya yuva qurur, müxtəlif meyvə, həşərat, quş yumurtası, hətta quş balaları da yeyirlər.


Bu sincabın çəkisi 3 kq-a qədər olur və 10 m-ə qədər atlana bilirlər.


Afrikada qazmağa alışmış balaca qəribə bir gəmirici-lüt yereşən yaşayır. Onu lüt ona görə adlandırırlar ki, tamamilə tüksüzdür. Bu heyvanın dərisi qat-qat yığılaraq, ona qəribə görkəm verir. Lüt yereşənin çəkisi 30-80 q olur (təxminən toyuq yumurtası kimi). Çox kiçik gözləri var və qulaq seyvanlarının olmamasına baxmayaraq, o, yerin altında səmtini çox gözəl müəyyən edə bilir. Lüt yer eşən həm dişləri, həm də əlləri ilə qazır.