YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rimski Nikolay

Rus bəstəkarı, ictimai xadim, dirijor, pianoçu, ödənişsiz Musiqi Məktəbinin direktoru, Sankt-Peterburq Konservatoriyasının professoru Nikolay Andreeviç Rimski-Korsakov 1844-cü il martın 18-də anadan olub.


Rus klassik bəstəkarı N.A. Rimski-Korsakov Rusiyanın musiqi mədəniyyətində görkəmli yer tutur. Qırx il davam edən gərgin və çoxcəhətli əməyi sayəsində o, xeyli əsər yaradıb ki, buraya da 15 opera, 3 simfoniya, bir sıra orkestr əsərləri (ən məşhurları “Şəhrizad” və “İspan kapriççiosu” simfonik süitalarıdır) 80-ə yaxın romans, 3 kantata, xorlar, kamera-instrumental ansamblı və fortepiano üçün əsərlər daxildir.

 


Bu əsərlərdə bəstəkar xalqın azadlıq, səadət, gözəllik haqqında arzularını, ədalət, xeyir və yaxşılıq haqqında təsəvvürlərini, həqiqətin təntənəsi, işıqlı qüvvələrin şər üzərində qələbəsi haqqında əzəli fikrini ifadə edib. “May gecəsi”, “Qar qız”, “Sadko”, “Görünməz Kitej şəhəri haqqında dastan” operalarında, bir sıra proqramlı simfonik əsərlərdə - “Sadko” lövhəsində, “Şəhrizad” süitasında və s. bəstəkar ən zəngin orkestr rəng və çalarları vasitəsi ilə təbiət səslərini – quşların cəh-cəhini, dalğaların uğultusunu, yarpaqların xışıltısını misilsiz ustalıqla verib. Bu baxımdan onun təxəyyülü həqiqətən tükənməzdir. Dəniz, meşə, günəş, ulduzlar – bütün bunlar rus təbiətinin vurğunu olan Rimski-Korsakovun musiqi obrazlarında öz tərənnümünü tapıb.


Bəstəkarın 1888-ci ildə yazdığı «Şəhrizad» simfonik süitası «Min bir gecə» ərəb nağılları motivlərinə əsaslanıb. 4 hissədən ibarət bu süitanı dinləyən insanın gözü qarşısında mavi dəniz, parlaq günəş, böyük Şərq şəhəri olan Bağdadın obrazı canlanır. Hissələr arasında gözəl Şəhrizadın rəhmli Sultan Şəhriyara söylədiyi nağılqabağı musiqi mövzusu səslənir.


Süita «Dəniz və Sindibadın gəmisi», «Şahzadə Qələndərin hekayəti», «Şahzadə və Şahzadə qız», «Bağdadda bayram» adlı 4 hissədən ibarətdir.

 

1908-ci ildə dünyasını dəyişən bəstəkarın klassikanın ənənəvi texnikası ilə yerli folkloru harmoniyalaşdırdığı musiqisi bir çox bəstəkarlara yol göstərici olmuşdur.