YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dovşanlar

Ev dovşanları, dovşanlar və otyığanlar dovşankimilər dəstəsinə daxildir. Dovşankimilərin 65-ə qədər növü Afrika, Avropa, Asiya və Amerikada yaşayır. Onlar insanlar tərəfindən başqa qitələrə gətirilib. 


Onlar gəmiriciləri xatırladır, ancaq onlardan kifayət qədər fərqlənirlər. Gəmiricilərdən fərqli olaraq, dovşankimilərin ayağının altı xəzlə örtülüb və tər vəzilərindən məhrumdur. Gəmiricilər kimi dovşankimilərin də gözləri başın yanlarında yerləşir, ona görə də yaxınlaşan yırtıcını arxasından belə görə bilirlər. Onların qabaq dişləri daim böyüyür. Otyığanlar Asiya və Şimali Amerikanın dağ və səhralarında yaşayırlar. Onlar balaca qulaqları ilə fərqlənir və uzaqdan lemminqləri (ala siçan) xatırladırlar. Ev dovşanlarının və dovşanların qulaqları, qabaq ayaqları uzun, arxa ayaqları isə çox uzundur. Belə ayaqlar onlara qaçmaq və hoppanmaq üçün lazımdır.


Dovşankimilərin hamısı bitki ilə qidalanırlar. Növlərin əksəriyyəti toranlıqsevəndir. 


Böyük qulaqlar
Qaraquyruq ev dovşanı Şimali Amerikanın səhralarında yaşayır. Bu qulaqlarda yüzlərlə qan damarı vardır ki, istini buraxır və gün ərzində dovşanı sərinlətməyə kömək edir. 


Otyığanlar
Otyığanlar dovşanların və ev dovşanlarının gödəkayaqlı qohumlarıdır. Yayda onlar çoxlu miqdarda bitkini yığıb günəşdə qurudur və qış uzunu özlərini qida ilə təmin edirlər.


Ailə yuvası
Avropalı dovşanlar Şimali Afrikada əmələ gəlmişlər. Onlar pis havadan və yırtıcılardan yuvalarında qorunurlar. Avropalı dovşanın dişisi ildə 6 dəfəyə qədər bir neçə bala doğur. Dovşanlar otla döşənmiş yuvalarında istini qoruyub saxlayırlar.


Rəng dəyişməsi dovşanın yeganə müdafiəsi deyil. Yırtıcı tərəfindən təqib edilən dovşan saatda 70 km sürətlə qaçır və məharətlə izləri qarışdırır. Əslində yayda dovşanların rəngi boz deyil, qonur-qəhvəyi olur. Onların böyük qulaq seyvanları təhlükə gətirən ən sakit səsi belə duyur. 


Dovşan nəslinin ən tanınmış nümayəndələri ağ və boz dovşanlardır. 


Ağ dovşan meşədə yaşayır və hamıya məlum olduğu kimi, yayda boz, qışda ağ olur, boz dovşan isə qışda qismən ağarır. Kanadada isə arktikalı ağ dovşan yaşayır. O, demək olar ki, ağdır, çünki yaşadığı yerlərdə ilboyu qar olur.


Kaliforniyalı səhra dovşanının qulaqları çox böyükdür. Bu qulaqlar ona yalnız səsləri duymaq üçün lazım deyil. Onlar tez soyuyur və isti havada çox qızmır. Dombalan, çəp gözləri dovşanlara aydın görməyə imkan verir.


Dovşankimilərin ən az tanınmış nümayəndələri otyığanlardır. Onlar dovşanlardan xırdadır, qulaqları və ayaqları gödəkdir. Şimali Amerikada və Asiyanın dağlarında və dağ ətəklərində koloniyalarla yaşayırlar. 


Ot yığanların yuvaları çox giriş-çıxışlı olur. Onların müvəqqəti yuvaları da olur ki, buraya öz sevimli yeməyi olan otu yığıb qışa tədarük görürlər. Bir otyığan qış üçün 4 kq-a qədər ot tədarük edə bilir. 


Ev dovşanları koloniyalarla yaşayır və belə bir qrupun şaxələnmiş yuvası bir hektardan çox ərazini tuta bilir (bu isə təxminən 30 məktəb sinfidir). Bu dovşanların balaları kolluqda deyil, rahat bir yuvada lüt, kor və tamamilə köməksiz doğulurlar.


Bütün dovşankimilər vegeteriandırlar. Onlar ot, ağacın qabığını və budaqlarını yeyirlər. Onların qabaq dişləri ömür boyu böyüyür və elə qurulub ki, yemək zamanı özləri itilənir. Ona görə də ağacların budaqları nə qədər bərk olarsa da, onların dişləri bir o qədər çox itilənir.