YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sumaq

Azərbaycanda sumaq milli yeməklərin hazırlanmasında istifadə edilir. Ən çox sumaq yağlı yeməklərin üzərinə səpilir, həmçinin qutab yeyilərkən istifadə olunur. Sumaq təzyiqində problem olan insanlarda yarana biləcək təzyiqin qarşısnı almaqda və ya stabil saxlamaqda böyük qüvvəyə malikdir.

 

Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib içirlər. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər.

 

Yabanı sumaq bitkisinə Şimali Qafqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki-Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir.

 

İyun-iyul aylarında çiçəkləyən sumağın xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Meyvəsi isə sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur. Meyvələri nəzəri cəlb edən tünd qırmızı və girdədir. Dadı turş va büzüşdürücüdür. Meyvələri qurudulub poroşok halına salındıqdan sonra ət va balıq yeməklərində istifadə olunur. Sumaq ya isti emal zamanı yeməyə qatılır, ya da nəlbəkidə hazır yeməyin yanına qoyulur.

 

Sumaqda, həmçinin C vitamini, karotin, aşılayıcı va rəngləyici maddələr vardır. Sumağın yarpaqlarında 30-39 faiz aşılayıcı maddə (əsasən tanin) vardır. Ondan texniki və tibbi məqsədlər üçün tanin alırlar. Sumaq bitkisinin bütün hissələrindən rəngləyici maddə kimi istifadə edilir. İpək və yun parçanı onun yarpaqları qara, qabığı sarı, kökü qəhvəyi, meyvəsi isə qırmızı rəngə boyayır. 

 

Sumaq, həzmi asanlaşdırır, həzmsizliyi və iştahasızlığı aradan qaldırır, qandakı şəkər miqdarını azaldır. Sumaq, turş dadıyla iştah açıcı bir ədviyyatdır.



Super antioksidan gücünə malik olan sumağı dəmləyib suyu içilsə, zəhərlənmələrin qarşısı alınır. Damar kəsildikdə kəsilən yerin üzərinə sumaq tökülərsə, zədələnən damarı büzərək qanaxmanın qarşısını alar.