YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Frank dövləti

486-cı ildə Şimali Qalliyada frank işğalları nəticəsində Frank krallığı meydana gəlib, onun da başında salik (sahilboyu) frankların başçısı, Merovey nəslindən olan Xlodviq (486-511) durub.

 

Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girib. Bu zaman Qalliyanı keçmiş Roma canişini idarə edirdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub edib.


Xlodviq Qalliya torpaqlarını döyüşçülərinə və müttəfiqlərinə paylayıb. Frank əyanları iri torpaq sahiblərinə çevriliblər.

 

Frank dövləti təxminən V əsrin sonlarında yaranıb. Xlodviq bu dövlətin kralı olub. İrsi hakimiyyət — monarxiya rejimi qurulub. Xlodviq ölkəni vilayətlərə bölüb.

 

Vilayətlərə qraflar adlanan hakimlər təyin edilib. Qraf vilayətdə vergi toplayır, hərbi dəstəyə başçılıq edir və məhkəmə işlərinə baxırdı. Xlodviqin dövründə ilk qanun toplusu — Frank qanunları yaranıb. Hakimiyyətini möhkəmləndirmək üçün Xlodviq xristian dinini qəbul edib. Kilsə kralın hakimiyyətini möhkəmləndirdi.

 

Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın hakimiyyəti (768—814) illərində olub.