YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Termitlər

Termitlər qarışqaya oxşayan həşəratlardır, ancaq ölçülərinə görə ondan böyükdürlər. Onları həm də ağ qarışqalar adlandırırlar. Termitlər isti iqlimdə yaşayır və sellüloz ilə, yəni təzə və ya ölmüş bitkilərlə qidalanırlar. Bəzi növləri isə termit yuvaları tikirlər-bu qurğular bir neçə metr hündürlükdə olur, içərisi onları bir-birinə birləşdirən yollar ilə birləşirlər.

 

Bəzi termitlər oduncaqlarla qidalanırlar və ona görə də insanlara zərər vura bilirlər. Onlar çox vaxt evlərin taxta dayaqlarında və ya hətta mebellərin içərisində özlərinə yaşayış yeri düzəldirlər. Termitlər öz güclü çənələri illə ağacı içərisindənn çeynəyib yeyir, qabığını saxlayırlar. Əgər taxta evdə termit yaşayırsa, onlar həmin evə tam dağıla bilirlər.