YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kisəlilər

Kisəlilərin 280 növü vardır ki, onların 75-i Şimali, Mərkəzi və Cənubi Amerikada yaşayan opossumlar (kisəli siçovullar,  qalanlar isə Avstraliya, Yeni Qvineya və ətraf adalarda yaşayan, öz ölçüləri və həyat tərzləri ilə fərqlənən kisəlilərdir. Kisəlilərin yaşayış yerləri müxtəlifdir-səhralardan tutmuş yağışlı meşələrədək yuvalarda, ağaclarda və yerdə. Onlar hərəkətlərini planlaşdırır, qaçır, hoppanır və üzür, bitki, həşərat, leş və ət yeyirlər. Bütün kisəlilərin kisəsi var, ancaq bəzilərininki çox kiçikdir. Onların balaları inkişafın ilkin mərhələsində doğulur və kisədə gizlənir, böyüyənədək ana südü ilə qidalanırlar.


Yeni doğulmuş kenqurular analarının kisəsində bir neçə ay keçirirlər. Burada onlar istilik və müdafiə ilə təmin olunurlar.


Koalanın kisəsi aşağıda yerləşməsinə baxmayaraq, dişi ağaca dırmaşarkən əzələləri balanı çox etibarlı saxlayır. Koalanın böyümüş balaları, o yarpaqları yeyənədək belində gəzirlər.


59 növ kenqurunun çoxu ailəvi qruplarda yaşayır. Artım mövsümü zamanı kenqurular dişi uğrunda amansız döyüşlərdə istirak edir, təpiklərlə yarışırlar.