YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Conni Depp

Conni Depp - uşaqlığımızın Uilli Uonkası ( Willy Wonka) və "Sərçə" ləqəbli Cekidir (Jack Sparrow). Bu məşhur Amerikan aktyoru və həvəskar musiqiçi üç dəfə "Oscar" mükafatına namizəd olub, "Qızıl Qlobus" mükafatına layiq görülüb.

 

Conni Deep 1963-cü ildə Kentukkidə orta gəliri olan bir ailədə dünyaya gəlib. 15 yaşı olanda anası ilə atasının boşanması hər bir uşaq kimi ona da təsir göstərib. Əslində onun xəyalı aktyor yox, musiqiçi olmaq idi. 12 yaşı olanda anasının hədiyyə etdiyi gitara ilə müxtəlif həvəskar qruplara qoşulub. Rok musiqisi ilə məşğul olmaq üçün məktəbi tərk edib. "The Kids" adlı rok qrupunda çıxış edib. 

 

"The Kids" qrupu dağılmış olmasına rəğmən hələ də birlikdə ifa edirlər. C.Deppin sözlərinə görə əsas onların peşəkar deyil, hobbi olaraq çalmaqlarıdır. Film sahəsinə gəlişi Nikolas Keyc sayəsində olub. 1984-cü ildə "A Nightmare on Elm Street"( Qarağac küçəsində qarabasma ) adlı ilk filmində rol alıb. Bununla da film sahəsində uğurlar əldə etməyə başlayan Conni Depp, bu gün hamımızın sevimlisidir.

 

O, həm də çılğın bir şəxsdir. Film premyerası üçün getdiyi Londondakı Great Ormond Street xəstəxanasında, "Karib dənizinin quldurları" filmində yaratdığı "Sərçə" ləqəbli Cek ( Capitan Jack Sparrow) kostyumunu geyinərək, işçiləri və xəstə uşaqları ziyarət edib və onlara yaxından qayğı göstərib.

 
2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"na ildə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi daxil olub.