YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tasmaniya iblisi

Tasmaniya iblisi müasir dünyanın kisəli ən böyük yırtıcı məməlisidir. Qara rəngi, iri ağızlı iti dişləri, dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakterinə görə avropalılar onu "iblis" adlandırıblar.


Ölçülərinə görə elə də böyük olmayan iblis köpəyi xatırlatsa da, çəki və bədən quruluşundan kiçik ayını xatırladır. Bədəninin uzunluğu 50-80 santimetr, quyruğu 23-30 santimetr arasında dəyişir. Bədən ölçüləri yaşından, yaşayış yerindən və qidalanmasından asılı olmayaraq fəqli ola bilir. Ən böyük erkəyin 12 kiloqram çəkisi və dik durduqda 30 santimetr boyu olur.

 

Tasmaniya iblisi bir dişləmə ilə şikarının başını və ya onurğasını parçalaya bilir. Bədənin çəkisinə nisbətdə Tasmaniya iblisinin dişləmə güçü məməlilər arasında ən yüksəkdi. 


Hazırda Tasmaniya iblisləri ancaq Tasmaniya adasında yayılıblar. 

 

Tasmaniya iblisinin xaricə ixracı qadağan edilib. Avstraliyadan kənarda sonuncu Tasmaniya iblisi 2004-cü ildə Kaliforniyada ölüb. Hazırda bu canlının Qırmızı kitabda Həssas növlər sırasına daxil edilməsi təklif olunur. 2005-ci ildə bir istisna olaraq 2 Tasmaniya iblisi Danimarka şahzadəsi Federik və onun həyat yoldaşı Merinin ilk övladları şərəfinə onlara hədiyyə edilib. Hazırda bu canlılar Kopenhagen zooparkında saxlanılır.