YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Lemurlar

Lemurlar primatlar (ibtidai) dəstəsinə aid olan heyvan fəsiləsinə aiddir. Qeyd edək ki, insan və meymun da primatlar dəstəsinə daxildir. Ümumilikdə, 400-dən çox növə malikdir. Lemur adı latınca “lemures” sözündəndir və gecənin ruhu və ya xəyal mənasını verir. Lemur adı ona böyük və parlaq gözlərinə və qəribə qışqırıq, səs çıxartdığına görə verilib.

Lemurların bədənlərinin uzunluğu 24 - 57 sm (quyruğu 32 - 65 sm) və çəkisi 0.7 - 4 q-a çatır. Dəriləri yumşaq, yunlu, adətən, boz və qəhvəyi rəngdə olur. Bədəni nazik, ayaqları incədir. Arxa ayaqları ön ayaqlarından daha uzundur.

Onlar həşəratlarla, meyvə, toxum, böcək, quş yumurtaları və əti ilə qidalanırlar.

Lemurların ən çox yayılan və maraqlı növü Madaqaskarda rast gəlinən “sifaka” növüdür. Sifaka parlaq rəngə malikdir və qara və ağ özündə birləşdirir. Bədənin üzərində qırmızı və ya qəhvəyi ləkələr var. Qolları və bədəni arasındakı dəri qatı ona ağacdan ağaca uzun məsafəyə tullanmaq imkanı verir.

“Əsil lemurlar” adlanan növün nümayəndələri də Madaqaskarda yaşayırlar. Onların çox uzun quyruqları var və rənglərinə görə fərqlənirlər. 

Bu heyvanlardan ən kiçiyi “siçan limur”dur. Kürəyi və ətrafları boz xəzlə örtülüb, iri gözlərinin ətrafı sanki qara rəngli haşiyəyə alınıb, qarnı ağdır. Quyruğundakı yağ qatı quraqlıq olan zaman çox köməyinə gəlir. 

“Ay-ay” adlanan növ digər digər Madaqaskar lemurlarından çox fərqlidir. Onun çox böyük qulaqları, uzun cod tükü, yumşaq quyruğu və uzun barmaqları var. Ayağının baş barmağında dırnaq yoxdur. Belə ki, dırnağı caynaq əvəz edir.