YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Okapi

Okapi - zebra və ata bənzəyən məməli çöl heyvanıdır. O, zürafəkimilər ailəsinə aiddir. İlk baxışda görünüşü zürafədən daha çox ata oxşayır və ayaqlarının üzərində zebralarda olduğu kimi ağ-qara xətlər vardır. “Meşə zürafəsi” və ya  “Qısa boylu zürafə” kimi də tanınırlar.


Okapi — yalnız Mərkəzi Afrikada, Zairin (Konqo Demokratik Respublikası) şimalında və ya şərqində sıx tropik meşələrdə yaşayır. Yalnız Konqo çayı hövzəsində geniş yayılıb. Okapilər təqribi 230 kq ağırlığında və 2 m hündürlüyündə olur. Quyruqları maksimum 40 sm - dir. Dişi okapi erkəkdən nisbətən böyük olur.


Okapinin dərisi qəhvəyi rəngdədir, arxa ayaqlarının üst hissəsində ağ-qara xətlər var. Üzü də ağ-qaradır. Ayaqları zürafədə olduğu kimi olmasa da, nisbətən uzundur. Erkək okapilərin iki qısa buynuzu var, lakin dişilərdə buynuz olmur. Okapilərin dilləri tünd mavi rəngdədir.  Bu heyvanın dili o qədər uzun olur ki, çox asanlıqla gözlərinə çatır. Bu uzunluqda dilin köməyi ilə ağacların budaqlarındakı ətli yarpaqları qopardıb yemək heyvana asan olur. Okapilərin əsas qidası: bitkilər, yarpaqlar, göbələk və müxtəlif meyvələrdir.


Okapilər gündüz aktiv həyat sürürlər və meşədə sakit olan yerlərdə gəzirlər. Dişilərin özlərinə aid bir guşəsi olur, ancaq erkəklərin bölgələri sabit deyildir.


Okapilər tək yaşayırlar. Təqribi 25-30 il yaşayırlar.