YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Günəş

Günəş -  Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. 

 

Günəşlə Yer arasında olan qarşılıqlı təsir ilin fəsillərini, okeanda olan su cərəyanlarını, planetin hava durumunu, radiasiya dərəcəsini nəzarətdə saxlayır. Bizim üçün qəribə olsa da, Süd Yolunda milyonlarla belə ulduzlar vardır.


695.508 km radiusunda olan günəşimiz o qədər də boyuk ulduz deyil ancaq bizim planetlə müqayisə etdikdə dəşətli dərəcədə boyuk görsənir. Əgər biz yeri günəş boyda görmək istəyiriksə o zaman bizə 332.946 dənə Yer planeti lazım olacaq.

 

Günəş Yerdən 150 milyon km məsafədə yerləşir. Günəşin ən yaxın gonşusu 3 ulduzlu Alfa Sentavri sistemidir. Proksima Sentavri Bizdən 2.24 işıq ili məsafəsində yerləşir. Və Alfa Sentavri A və B 4.37 işıq ilindədir. Bir yer ilində işıq 9,460,528,400,000 km məsafə qət edir.

 

Bizim günəş və onun ətrafında dövr edən planetlər, hamısı Süd Yolu qalaktikasında yerləşir. Daha dəqiq desək bu qalaktikanın Orion Spur adlı spiralvari qolunda yerləşir. Orada olan bizim günəş adı çəkilən qalaktikanın mərkəzində özüylə bütün planetləri, asteroidləri və kometləri apararaq səyahət edir. Bizim günəş sistemimiz qalaktikada saatda 720.000 km məsafədə hərəkət edir. Və günəşin qalaktikamızda tam dövr etməsi üçün 230 milyon il lazım olur.


Günəş qalaktikada dövr etməklə yanaşı öz oxu ətrafında da fırlanır. Onun oxu ətrafında dövriyyəsi planetlərlə bir müstəvidə yerləşib aksial olaraq 7.25° əyilməsi vardır. Günəş sərt cism olmadığı üçün onun müxtəlif hissələri fərqli sürətlə dövr edirlər. 

 

Günəş və onun plantləri, asteroidləri, kometləri hamısı birlikdə 4.500 milyon il bundan qabaq Günəş Nebulası adlanan qaz və toz toplusunun sıxlaşması nəticəsində yaranmışlar. Bu dumanlıq cazibə qüvvəsi nəticəsində elementləri bir-biriylə toqquşaraq daha da tez fırlanmağa başladı və sonda disk forması əmələ gətirdi. Materialın çox hissəsi günəşin payına düşdü. Günəşin həcmi bütün günəş sisteminin 99.8%-ni təşkil edir.


Günəş digər ulduzlar kimi qaz topuna bənzəyir. Rəqəmlərlə desək 70.6% hidrogen, 27.4% helium dan ibarətdir. Günəşin nəhəng həcmi cazibə qüvvəsi nəticəsində orada olan qazları və yüksək dərəcəsi olan nüvəni özündə saxlayır. Günəşin qurluşu 6 hissədən ibarətdir: nüvə, radiasiya və daxildə konvekziya ərazisi, fotosfera adlanan gözlə görünən səthi, xromosfera və günəş tacı adlanan ən üzdə olan hissəsi.

 

Nüvədə hərarət 15 milyon dərəcəyə qədər yüksəlir. Bu, nüvəni ərinmiş şəkildə saxlamağa kifayət edir. Bunun nəticəsində atomlar birləşirlər. Xüsusilə mərkəzdə hidrogen atomları birləşib helium qazını yaradırlar.

 

Günəşin səthi, yəni fotosfera 500 km qalınlığındadır. Buradan günəşdə olan raiasiya özünə yol tapıb kənara çıxır. Bu səth planetin səthi kimi möhkəm deyil. Bu ulduzun qazdan ibarət olan üz qabığıdır. Biz günəşə baxanda onun radioaktiv fotosferasını görürük. Oradan çıxan işığın Yerə çatması üçün 8 dədiqə tələb olunur. Fotosferada hərarət təxminən 5.500°C-dir.


Fotosferadan sonra atmosfer yaradan nazik xromosfer qatıdır. Məhs burada biz günəşin ləkələrini və orada baş verən partlayışları görürük.

 

Fotosfera Xromosfera ilə müqayisədə daha parlaq görünür. Biz bunu ay tutulmaları zamanı sübut edə bilərik. Ay günəşi tam tutduqda ayın kənarındakı günəşin xromosferasını aydın görürük. Burada xromosfera qırmızı rəngə çalır, ondan sonra isə ağappaq günəş tacı görünür. Çox qəribədir ki, günəşin atmosferində hərarət yuxarı qalxdıqca yüksəlir və hətta 3.5 milyon dərəcəyə çatır. Günəş tacının belə qızması 50 ildir ki, elm üçün sirr olaraq qalır.

 

Günəşdə olan elektrik cərəyanları mürəkkəb maqnetik sahə yaradırlar ki, bu da yayılaraq planetlər arası maqnetik sahəni formalaşdırır. Fəzanın müəyyən hissəsini öz maqnetik sahəsilə əhatəyə alan günəş heliosfera adlanır.

 

Günəşin maqnetik sahəsi bu sistem boyu günəş küləyi vasitəsilə ətrafa yayılır. Bu külək elektrikləşmiş qazdan ibarətdir və hər tərəfə yayılır. Günəş fırlandığı üçün bu külək də spiral formasında ətrafa yayılır. Bu hadisə Parker spiralı adlanır.

 

Günəş hər zaman eyni formada hərəkət etmir. Özünün ulduz dövrünü keçirir. Təxminən hər 11 il onun maqnetik sahəsi qütblərini dəyişir. Bu hadisə baş verdikdə sakit görünən fotosfera və xromosferada dəhşətli şəkildə aktivlik yaranır. Günəşdə yüksək oyanıqlıq baş verəndə (buna maksimal ulduz da deyirlər) orada ləkələr, partlayışlar, ifrazatlar olur. Bütün bunlar günəşdə maqnetik sahənin bir qayda olaraq davam etməməsinin nəticəsidir. Bu zaman böyük enerji ayrıllır və bu hətta Yerə gəlib çatır. Fəzada olan bu iqlim elektriklə bağlı olan cihazlara, şəbəkələrə, peyklərə pis təsir edir.