YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Quşlar

Quşlar yaşamaq üçün hava mühitinə öyrəşmiş onurğalılar sinfinə aid canlılardır. Hazırda Yer kürəsində 9800-dən artıq quş növü yaşayır, onlar da öz quruluşu, həyat tərzi, qidası və artımına görə dəstələrə bölünür. Bunların arasında sərçəkimilər dəstəsi çoxluq təşkil edir. Buraya 5100 növ daxildir ki, bu da yer üzündə yaşayan quşların 2/3- si deməkdir. 500-ə qədər növ Beynəlxalq Təbiəti Mühafizə və Təbii Sərvətlər İttifaqının “Qırmızı kitabı”na salınıb.


Quşlar istiqanlı heyvanlardır, onların bədən temperaturları kifayət qədər yüksəkdir- 40-44 ℃. Bu cür temperaturu saxlamaq üçün çoxlu qida qəbul etməlidirlər. Xırda quşlar gün ərzində çəkilərindən çox yeyə bilirlər. 


Balasının inkişaf xüsusiyyətinə görə quşlar 2 qrupa bölünür: ətcəbalalılar və cücəbalalılar. Ətcəbalalı növün balaları lüt, kor və köməksiz doğulur, odur ki, valideynləri onları uzun müddət isidib bəsləyirlər. 
Ətcəbalalılar qrupuna bütün sərçəkimilər dəstəsində olan quşlar aiddir. .


Cücəbalalı növün balaları isə yumurtadan narın tüklü, görmə qabiliyyətli və tamamilə sərbəst çıxırlar. Quruduqdan 2-3 saat sonra, onlar artıq yuvalarını tərk edirlər. Aralıq qrupu sayılan yırtıcıların balaları gözü açıq, narın tüklü doğulur, ancaq uzun müddət yuvada qalırlar.


Quşlar qoyduqları yumurtanı bədənləri ilə isidirlər.


Yellədici və ya fəal uçuşda xırda quşlar, adətən, qanadları ilə işləyirlər. 


Əlverişsiz iqlim şəraitini quşlar müxtəlif cür keçirirlər. Uçuş və yaxud köçmələr bu üsullardan biridir. Bəzi növ quşlar yüzlərlə və minlərlə kilometrlik məsafələrə uçuşlar edirlər. 


Quşların qabaq ətrafları təkamül nəticəsində qanada çevrilib, arxadakılar isə suda və quruda hərəkət etmək üçündür. Onların sümüyü çox möhkəm, ancaq olduqca yüngüldür. Bu isə onun hava ilə dolmuş boşluqlardan ibarət olması ilə əlaqədardır. Quşların dişi yoxdur, onu yüngül və bərk dimdik əvəz edir. 


Quşların yuvaları müxtəlifdir və quruluşu yaşadığı şəraitdən asılıdır. Bəzi quşlar yuvalarını gizli yerlərdə, məsələn, yuva və ya oyuqlarda, digərləri isə açıqlıqda-ağac budaqlarında və kolluqlarda, yaxud da ki, yerdə qururlar.


Quşların döş sümüyündə til adlanan böyük şiş vardır ki, buraya nəhəng uçucu əzələlər bərkidilib. Skeletin ayrı-ayrı elementləri öz aralarında birləşib ayaq və qanadlar üçün möhkəm dayaq yaradır.