YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fırtına quşları

Bu dəniz quşları sadəcə gözəl uçmur, həm də suyun səthindən qalxan hava axınından istfadə edərək, çox gözəl süzürlər. Sakit havada bu quşlar gözə dəymir, ancaq fırtına qopub, külək güclənəndə, bu boruburun quşlar havada çoxalır. Odur ki, onları fırtına quşları adlandırırlar. Qədimdə dənizçilər bu quşları hətta qasırğaların səbəbkarı sayıb, onları “ölümün elçisi” adlandırırlar.


Boruburun adını bu quşlar ona görə almışlar ki, onların dimdiklərindəki burun deşikləri xüsusi borulara çıxır. Bu da, görünür, quşlarda nadir hallarda rast gəlinən iybilmə qabiliyyətinin yaxşı inkişaf etməsindəndir. Bundan başqa, bu borulara xüsusi burun vəzilərinin axacağı açılır ki, onun vasitəsilə quşun orqanizmindən duz qalıqları təmizlənir. Məhz ona görə də boruburun quşlar dəniz suyunu içə bilirlər. 


Fırtına quşları həyatlarının böyük hissəsini suda keçirirlər: dalğalarda yatır, dənizdə yemlənirlər. Boruburunlar balığı, kalmarı çox sevirlər. Onları dimdiklərinin dəqiq zərbəsi ilə sudan dartıb çıxarırlar. Bundan başqa, boruburunların çoxu xırda krevet, leş yeyirlər. İri fırtına quşları hətta pinqvin balasını götürüb aparırlar.


Uçmağa başlamazdan əvvəl balanın çəkisi iri quşdan iki dəfə artıq olur və valideynlər yemləməni dayandırırlar. Bir yaşlı fırtına quşu sərbəst yaşayır, ancaq o, ilk balasını yedizdirmək halına ancaq 10 ildən sonra çatacaqdır (bütün səyahətçi fırtına quşları 30 ilə yaxın yaşayırlar). 


Fırtına quşları quruya ancaq bala çıxartma məqamında çıxırlar. Boruburunlar okean adalarında çox vaxt böyük koloniyalarla yuva qururlar. Yuvada bircə yumurta olur. Səyahətçi fırtına quşlarının valideynləri balasını uzun müddət, demək olar ki, 10 ay bəsləyirlər. Məhz buna görə də fırtına quşlarının iki ilədən bir bircə balası olur.