YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qutanlar

Qutanlar qutankimilərə və yaxud kürəkayaqlı quşlara aiddirlər. Kürəkayaqlılar dəniz və ya şirinsulu göllərdə yaşayır, əsasən balıqla qidalanırlar. Onların ayaqları arxada olduğundan, quruda ləng və az gəzir, ancaq gözəl üzürlər. Qutanların fərqli xüsusiyyəti dörd barmaqlarını birləşdirən üzgüçü pərdəsidir.

 

Qutanlar həm dəniz, həm də şirinsulu göllərdə yaşayırlar. Onların dimdiyi çox böyükdür. Dimdiyin altında, lazım gəldikdə çox güclü genələ bilən dəri torba yerləşir.


Ağızlarını geniş açaraq, iri qəniməti uda bilirlər. Onlar uzun müddət havada qalır və çox sürətlə uçurlar.
 

 

Uzun müddət balıqyeyən quşlar balıq vətəqələrinin ziyanvericisi hesab olunub. Ancaq sonralar alimlər sübut etmişlər ki, onlar ancaq zəifləmiş və xəstə balığı tuturlar. Yer kürəsinin bəzi yerlərində kürəkayaqlılar çox böyük kolonoyalar yaradırlar. Belə yerlərdən biri Perunun sahilidir. Burada quru havanın və tropik günəşin təsirindən, yağışların tamamilə olmaması üzündən quş peyininin toplanması (quano) baş verir. Bu qiymətli gübrə peyindən 33 dəfə təsirlidir. Ondan istifadə edib qədim inklər əkin sahələrini gübrələyir, bol məhsul əldə edirdilər.