YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Boz durna

Durnalar dəstəsinə daxil olan quşlar zahiri görkəminə və həyat tərzinə görə çox fərqlənirlər. Bir böyük dəstəni durnalar təşkil edir, digərini çoban quşları. Durnalar ən zəif quşlar dəstəsidir. Onların bir çox növləri “Qırmızı kitab”a salınmışdır. Durnaların belə ağır vəziyyətə düşməsinin səbəbi yuvalarının yerinin dəyişməsi, quşların brakonyerlər tərəfindən öldürülməsi və elektrik xəttlərinə çarpılmalarıdır. 

 

Boz durna ən məşhur durnalardandır.

 

Yaz və payız göydə onların zil səsini eşidir, bəzən iri quşların hətta dəstə ilə uçduğunu görürük.

 

Boz durnalar Avropa və Asiyanın bataqlıqlarında yaşayırlar. Onlar yerdə yuva qurur və yumurta üstündə isə hər iki valideyn oturur.