YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dovdaq

Çoban quşlarına dovdaqlar da aiddir. O, böyük və güclü ayaqları, bığlı iri başı ilə fərqlənir. Güclü ayaqlarının köməyi ilə dovdaqlar çox gözəl qaçır, bununla belə uçmağı da çox gözəl bacarırlar. 

 

Erkək dovdaqların 18 - 20 kq, hündürlüyü 105 sm-dir. Dişisinin isə çəkisi 6 - 8 kq, hündürlüyü 75 - 80 sm-dir. Erkək dovdaqların qanadlarının ümumi uzunluğu 260 sm-dir.


Yazda dovdaqlar quyruqlarını yelpik kimi açır, qanadlarını sallayır, əvvəl bir-birinin qarşısında gəzişir, sonra isə dalaşmağa başlayırlar. Dovdaqlar yarımsəhra və çöllərdə yaşayır, yerdə yuva qururlar. Çöllərin şumlanması və intensiv ovla əlaqədar olaraq, dovdaqların sayı kəskin azalmışdır. Adi dovdaq Rusiyanın “Qırmızı kitab”ına salınmışdır.