YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dabanbalığı

Dabanbalığı ən adi balıqlardandır. Çox da tələbkar deyil, ona görə də başqa balıqların qala bilmədiyi durğun sularda da yaşaya bilir. Dabanbalığı kəpənəkləri, soxulcanları, xırda ilbizləri, su bitkilərinin uclarını, hətta lil də yeyir. 


Akvariumdakı qızıl balıqlara isə xüsusi yem, oksigeni bol olan təmiz su lazımdır. Qızıl balığın bura nə dəxli var? Biz ki, dabanbalığından danışırıq deyə təəccüblənəcəksiniz. İş burasındadır ki, dabanbalığı olmasaydı, qızıl balıqlar da olmazdı. 


Keçmişdə şərq ölkələrində evləri bəzəmək üçün içi su ilə dolu vazalarda dabanbalığı saxlayırlarmış. Həvəskarlar görüblər ki, dabanbalıqlarının hamısının bəzəyi eyni olmur: arasında qızılı, tunc rəngində, qırmızımtıl və gümüşü pulları olanları var. 


Uzun müddət və səbirlə müxtəlif rəngli dabanbalıqlarını seçib cütləşdirdikdən sonra adamlar yalnız rənginə görə yox, formaca da müxtəlif olan balıqlar yetişdirdilər. Yelpikquyruq, teleskop, kometa, şirbaş və başqa növ balıqlar belə yaradıldı. Nə dənizlərdə, nə də çaylarda bu cür balıqlar yoxdur. Onların vətəni də, daimi yaşayış yerləri də akvariumdur. Bu qəribə ailənin əcdadı isə dabanbalığıdır.