YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yenotabənzər it

Yenotabənzər it və ya Ussuriya tülküsü (lat. Nyctereutes procyonoides) — həqiqətən yenot kimi görünən itlər fəsiləsinə aid yırtıcı növüdür.


Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Bədəni alçaq, pəncələri qısadır. Onurğa sütunu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur. Bədəninin uzunluğu 65—80 sm, quyruğu 15—25 sm; çəkisi isə 4—10 kq arası dəyişir. 


Onların yayılma arealı Hind-Çin yarımadası, Çin, Yaponiya və Koreya yarımadasının meşə və daş meşə zonalarıdır. Rusiyada isə əsasən uzaq şərqdə Amur vilayəti ərazisində müşahidə edilir. 1927 - 1957 illər ərzində ovçuluq məqsədi ilə 10 min yenotabənzər it SSRİ-nin 76 vilayətinə buraxılmışdır. Asiya hissədə onlar yaşaya bilmədilər, ancaq SSRİ-nin Avropa hissəsində asanlıqla yayıldılar. Hətta SSRİ sərhədlərini keçərək Finlandiya, Çexiya, Rumıniya, Polşa və Almaniya ərazisinə yayılmışlar.


Əsasən rütubətli meşə zolağında yaşayırlar. Məskunlaşma yerləri nadir hallarda yol kənarlarında və ya kəndlərin yaxınlığında olur. Onlar əsasən gecə həyatı sürürlər. Bəzi hallarda meşə daxilində yerləşən su tutarlarında və dəniz kənarı sularda görünürlər. Ov məqsədi ilə gün ərzində 7-10 km yol qət edə bilirlər. Təhlükə zamanı itlər fəsiləsinə daxil olan canlılardan fərqli olaraq onlar dalaşmaq əvəzinə özlərini ölülüyə vururlar. Çox vaxt bu onları xilas edir.


Onlar istər ət, istərsə ot yeyəndirlər. Qış yuxusu dekabrdan-yanvara, fevraldan-marta qədər davam edir. Qışda çəkiləri 25% azalır.


Onların əsas düşmənləri canavarlar və vaşaqlardır. Aralarında quduz xəstəliyi geniş yayılıb.


Cüt şəkildə yaşayırlar. Hamiləlik müddəti 60 gün davam edir. Əsasən 6-8, maksimum isə 19 bala verirlər. Balaların yetişdirilməsində hər iki valideyn iştirak edir.


Yetkinlik yaşına 8—10 aylarında çatırlar. Ömürləri 3—4 il davam edir.


Yenotabənzər it Yaponiyada “xoşbəxtlik simvolu” kimi tanınır.