YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bombardıman böcəyi

Karabid böcəklər fəsiləsindən olan bombardmançı böcəklər çox maraqlı müdafiə sisteminə malikdirlər. Təhlükə anında bu böcəklər qarıncığın uc hissəsindən ifraz olunan qaynar aşındırıcı mayeni düz düşmənin üstünə tuşlayaraq atırlar. Maye havada partlayışla buxarlanır və xoşagəlməz qoxuya malik kimyəvi maddədən ibarət bulud kütləsi əmələ gətirir.

 

Tədqiqatlar göstərir ki, böcəyin partlayış reaksiyasının sürəti saniyədə 500-1000 atışdan ibarətdir. Nəticədə böcəyə hücum etmiş düşmənin bədənində çox ciddi yanıqlar əmələ gəlir.