YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mütəllibov Tofiq

Nəğməkar şair, əməkdar incəsənət xadimi Tofiq Mütəllibov 1929-cu il aprel ayının 13-də Naxçıvan şəhərində ziyalı bir ailədə anadan olub. Tofiq Mütəllim oğlu Mütəllibov orta təhsilini doğma şəhərdə aldıqdan sonra Bakıya gəlib, burada Azərbaycan Dövlət Universitetində təhsil alıb.


O, 20 il "Azərbaycan gəncləri" qəzetində ədəbiyyat və incəsənət şöbəsinin rəhbəri olub. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, baş redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifəsində çalışıb. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada çalışıb. Ötən əsrin 50-ci illərindən şair kimi diqqət çəkən Tofiq Müttəlibov 30-a yaxın kitabın müəllifidir, 300-dən çox şeirinə mahnı bəstələnib.


Onun 1946-cı ildə "Zəfər" adlı ilk şeiri "Azərbaycan pioneri" qəzetində çap olunub. O, "Pioner" jurnalında məsul katib, Televiziya və Radio Verilişləri Komitəsində redaktor, böyük redaktor, "Azərbaycan pioneri" qəzetində şöbə müdiri vəzifələrində çalışıb. Sonra isə "Azərbaycan gəncləri" qəzetində işə başlayan Tofiq Mütəllibov ömrünün sonuna kimi burada işləyib. 


XX əsrin 50-ci illərindən şair kimi diqqət çəkən T.Mütəllibov 30-a yaxın kitabın müəllifidir. "Görüş", "Şeirlər", "Bəxtiyar balalar", "Gözəllikdən doymur ürək", "Sənin xətrinə", "Danışan çiçəklər", "Mənim əzizlərim", "Görüş yerimiz" və başqa kitabları ilə oxucu rəğbəti qazanan Tofiq Mütəllibovun pərəstişkarlarına son töhfəsi ölümündən bir qədər əvvəl çap edilən "Sevənlərin ürəyi" adlanır. Tofiq Mütəllibov bəstəkar Qənbər Hüseynli ilə birlikdə Azərbaycan musiqisinə "Cücələrim" mahnısını bəxş edib. "Cücələrim"in 60-dan çox yaşı var. Mahnının mətni bir çox xalqların dillərinə tərcümə olunaraq ifa edilib. Tofiq Mütəllibov uşaqların psixologiyasını çox yaxşı bildiyinə görə qələmindən çıxan şeirlər dillər əzbərinə çevrilib. Əsərləri bir sıra teatrlarda səhnələşdirilib. 


Görkəmli şair Tofiq Mütəllibov 1992- ci il oktyabr ayının 30-da vəfat edib. 


Əsərləri: “Bəxtəvər uşaqlar” (1953), “İşıq” (1955), “Bağçada yolka” (1957), “Görüş” (1960), “Mehriban baxışlar” (1965), “Kəkliklər oxuyanda” (1965), “Ləpələrin nəğməsi” (1968), “Gözəllikdən doymur ürək” (1973), “Danışan çiçəklər” (1975), “Mənim əzizlərim” (1979), “Vüqarın nəğmələri” (1987), “Qövsi-qüzeh” (1990), “Durnalar qanadında” (1992) və s.