YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bataqlıq

“Nə qurudur, nə dəniz, burada siz gəzə də bilməzsiniz, üzə də bilməzsiniz”. Tapdınızmı nədir? Əlbəttə, bataqlıq.


Planetimizdə çoxlu bataqlıqlar var. Çox vaxt bataqlıqlar durğun su hövzələri olan çökəkliklərdə əmələ gəlir. Axarsız bir gölü təsəvvürünüzə gətirin. Bu göldə su keçirməyən gil qatı, yaxud qayalıq suyun dərinliyə süzülüb keçməsinə imkan vermir. Su burada yığılıb qalır, get-gedə onu qamış, yosun, mamır və müxtəlif su bitkiləri basır. Qışda bu bitkilərin yaşıl hissəsi məhv olur, yayda isə yeniləri bitir. Beləliklə, illər keçdikcə gölün səthində qalın bitki qalıqları qatı əmələ gəlir ki, bunun üzərində gəzmək çox təhlükəlidir. 


Bəzən meşələrin plansız qırıldığı yerlərdə, yanğın baş verən meşələrdə də bataqlıqlar yaranır. Bu, belə olur: əvvəllər ağacların yarpaqları vasitəsilə buxarlanan yeraltı sular sonralar üzə çıxır və bataqlıq əmələ gətirir. 


Bataqlıqların öz bitki və heyvanat aləmi var. Burada mamır, qamış, qumotu, mərcanı, sarı böyürtkən və s. bitir, qaban, sığın, bataqlıq quşları, qurbağa, ilan, zəli, iynəcə, hünü, ağcaqanad və s. yaşayır. 


Bataqlıqlarda mal-qara otarmaq, əkin əkmək mümkün deyil. Ağcaqanadlar malyariya xəstəliyi yayır. Lakin elə güman etməyin ki, bataqlıqların heç bir xeyri yoxdur. Əvvəla bataqlıqlar özlərində külli miqdarda rütubət saxlamaqla çayların çoxunda suyun səviyyəsini saxlayır. İkincisi, bitki qalıqları suyun dibində, havasız yerdə çürüyüb torfa çevrilir. Torf isə çox qiymətlidir. Onu elektrik stansiyalarının ocaqlarında yandırırlar. Torfdan tarlada gübrə kimi, kimya zavodlarında isə xammal kimi istifadə edilir. Torfu tikintidə də işlətmək mümkündür. Bataqlıqlar qurudulan yerlərdə torpaq çox məhsuldar olur.