YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Süleymanov Manaf

Azərbaycanlı yazıçı, nasir, tərcüməçi, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.


O, 1930-cu ildə 18 saylı Bakı şəhər məktəbini bitirdikdən sonra 1932-1937-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. 

 

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır. Onun əsərlərinin ilk əlyazmaları Azərbaycan dilində, lakin ərəb əlifbasındadır. 

 

Ədəbi yaradıcılığa 1947-ci ildə «Azərbaycan» jurnalında dərc olunan «Yerin sirri» romanı ilə gələn Manaf Süleymanovun ən çox müraciət etdiyi mövzular fəhlə həyatı, qurub-yaradan əmək adamlarının ömür-günü idi.

 

«Dalğalar qoynunda», «Fırtına», «Zirvələr» romanlarının müəllifi kimi tanınan yazıçı dövri mətbuatda müxtəlif mövzulu məqalələri ilə də çıxış edirdi. Onun ilk yazıları «Fərəcoğlu» imzası ilə işıq üzü görüb.

 

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur.


Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilmişdir.

 

Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.