YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Panda qarışqası

Panda qarışqası (lat. Euspinolia militaris) — məxməri qarışqalar, Mutillidae fəsiləsinə, Euspinolia cinsinə aid olan qeyri-adi həşərat növüdür. Xarici görünüşünə görə “Panda qarışqası” adlandırılır. Panda qarışqası yüksək toksinə sahibdir.  Panda qarışqalarının hücumuna məruz qalan inəklər bir neçə dişləmədən sonra tələf olurlar. Ona görə yerli əhali bu qarışqaları "İnək qatili" belə adlandırır. 


Bu növ ilk dəfə 1938-ci ildə entomoloq Klarens Mikel tərəfindən Çilidən olan materiallar əsasında kəşf edilib, lakin bu günə qədər onlar haqqında çox az məlumat mövcuddur. 


Bu qarışqa qədim növlərdən sayılır, onların ilk qalıqları 25-40 milyon il əvvəl yaranmış yantar mineralının üzərində aşkar edilib. Heyvanat aləmində bu həşəratların təxminən 8000 növü və 230 cinsi tanınır.


Kiçik ağ-qara rəngli, tüklü qarışqadır. Uzunluğu 8 mm-dir. Bu qarışqa növünün erkək və dişisi bir-birindən fərqli olur. Erkəklərin gözü daha böyük, dişilərin sinəsi isə armudvaridir. Qanadı olmur. Panda qarışqalarının erkəyi gecə həyatı yaşayır. Dişisi isə əksinə  gün ərzində aktiv olur. Qarışqa qum və ya quru, boş torpaqda yuva qurur. Digər qarışqalarda olduğu kimi toplu həyat sürmürlər. Balaları digər həşəratların yuvalarında olan balaları yeyir. 


Vətəni Latın Amerikası və Çilinin mərkəz hissəsi olan panda qarışqası hal-hazırda Argentina, Amerika Birləşmiş Ştatları və Meksikada da yayılıb. Bu qarışqalar quru, isti iqlimi olan açıq səhra bölgələrində yaşayır.