YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Efiopiya

Efiopiya dünyanın ən qədim müstəqil dövlətlərindən biridir. Şimali Afrika, Yaxın Şərq və Tropik iqlimli Afrika sivilizasiyalarının kəsişməsidir. 

 

Efiopiya - Afrika ölkələri arasında xüsusi yer tutur. Afrikanın ən qədim dövlətlərindən biridir və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olub. Paytaxtı Əddis-Əbəbə şəhəridir. Qədimdə İslam mənbələrində Həbəşistan, qərbdə isə Abissiniya adları ilə tanınıb.


Quruluşu e.ə. XIII əsrə qədər uzanan Efiopiya dövləti, 1936-1941-ci illər arasında Mussolini İtaliyasının işğal hərəkatını saymasaq, tarix boyunca müstəqilliyini qoruya bilmiş və Afrika qitəsinin bəzi Avropa dövlətləri tərəfindən müstəmləkə halına gətirilə bilməmiş yeganə ölkəsidir. 1960-1990-cı illər arasında ölkədəki Eritrea problemindən ötrü münaqişəli və gərginliklərlə dolu bir dövr keçib.


Efiopiya dağlıq bir ölkə olduğundan bütövlükdə iqlimi ekvatora bərabər olan digər bölgələrə nisbətən daha sərtdir. 


Ölkənin paytaxtı Əddis-Əbəbə Entoto Dağının ətəyində təxminən dəniz səviyyəsindən 2400 m yüksəklikdə yerləşir.


Nilin əsas qolu Mavi Nil Qərbi Efiopiyanın Tana gölündən başlayır. Efiopiya üç əsas kənd təsərrüfatı bitkilərinin vətəni hesab olunur: qəhvə, sorqo və kastor bitkisi (kastor toxumu).


Efiopiyanın əhalisi çox millətlidir (80-dən çox millət). Ən böyük etnik qruplar - Oromo (əhalinin 34%) və Amhara (27%) təşkil edir. Əsas din xristianlıq sayılır (əhalinin 63% -i). Müsəlmanlar əhalinin 34% təşkil edir.