YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Quru sakinləri

Quru yol tısbağalarının əksəriyyəti quraqlıq yerlərdə və səhralarda yaşayırlar. Onların çoxu qını yırtıcılardan qırunmaq üçün qabarıqdır. Yerüstü tısbağaların qını möhkəm və ağırdır, ona görə də onlar çox ağır hərəkət edirlər. Bir saata qədər keçdikləri məsafə 90 m-dən çox olmur. İsti ğlkələrdə tısbağalar ancaq səhər və axşamlar fəal olurlar. 
Təxminən 40-a qədər quru yol tısbağası növü vardır. Onlar Afrika, Asiya, Avropa, o cümlədən Şimali və Cənubi Amerikada yaşayırlar. Baxmayaraq ki, bəziləri həşərat və molyusklarla qidalanır, növlərin çoxu bitkiyeyəndir. İri quru yol tısbağaları 100 ilə qədər və daha çox yaşaya bilirlər, ancaq növlərin çoxu, əsasən adalarda yaşayan tısbağalar, təhlükə altındadırlar. Buraya gətirilmiş donuz və siçanlar cavan tısbağaların yumurtalarını məhv edirlər.
Quru yol tısbağaları yumurtalarını torpaqda qazdırları oyuğa qoyub oranı tərk edirlər. Yumurtadan cıxmış tısbağa balaları isə özləri öz qayğısına qalmalıdırlar.
Səhrada yaşayan qofer tısbağası yuva qazaraq günün istisini və qışın soyuğunu orada keçirir.
Afrikalı elastik tısbağa qayalar arasında yaşayır. Qabarıq qını olan quru yol tısbağasından fırqli olaraq, bu növün qını yastı və kifayət qədər yumşaqdır, ona görə də o qayalar arasına soxula bilir. 
Quraqlıq zamanı nəhəng yəhərli tısbağalar suyu və qidanı kaktuslarda alırlar, ancaq yağıslar zamanı onlarla tısbağa gölməçələr ətrafında toplaşaraq bacardıqları qədər su içirlər.