YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sahillərdə və su altında

Tısbağaların əksəriyyəti suda və yaxud şirin sular- çay, göl və bataqlıqlar ətrafında yaşayırlar. Təxminən 200-ə qədər şirin suda yaşayan tısbağa növü məlumdur: bataqlıq, lil, muskus, çay və digər tısbağa növü. Bu növ tısbağaların əl-ayaqları dırnaqlı və pərdəli, qınları isə yastıdır. Çoxlarının suda həll edilmiş hava oksigenlərində istifadə etməsinə baxmayaraq onlar ağciyərləri ilə nəfəs alırlar. Şirin suda yaşayan tısbağalar yumurtalarını torpağa və yaxud qumlu çay sahillərinə qoyurlar. Bəzi növləri həftələrlə suyun altında qışlamağa qadirdirlər. Yarımsuda yaşayan tısbağalar suda və quruda ov edib, həm bitki, həm də heyvani qida ilə qidalanırlar.


Matmata- Cənudi Amerikanın şirin sularında yaşayan tısbağadır. O, öz qurbanlarını yekə ağzı ilə sorur.
Asiyalı yekəbaş tısbağa qənimətini güdərək, vaxtının böyük hissəsini suda keçirir. Elə burada da kayman tısbağası kimi ov edir.
Bütün sürünənlər kimi, tısbağalar soyuqqanlı heyvanlardır. Bataqlıq tısbağaları sərin suda ova başlamazdan əvvəl günəş enerjisini toplayırlar.
Tısbağaların 3 fəsiləsinin buynuzlu lövhələri yoxdur. Onlardan ən iri olan yumşaqbədənli tısbağalar yastı qına və qalın dəri örtüyə malikdirlər.
Bu cəld üzgüçülər yırtıcılardan qorunaraq, lilli suların dibində gizlənirlər.
Qəhvəyi-çirkli və üzərində yosun bitən qın kayman qısbağasını çox gözəl maskalayır.