YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Timsahların xüsusiyyətləri

Timsahlar dünyada ən iri və təhlükəli sürünənlərdir. Suyun üzündən onların ancaq gözləri, burun deşikləri və qulaqları görünür, qurban çox vaxt yırtıcını ona atılan zaman görürş 30-a qədər timsah növü tropik yerlərdə yaşayır. Timsahlar həşərat, balıq, qurbağa, molyusk, tısbağa və quş kimi hər bir şey yeyirlər.


Bəzi iri timsahlar məməlilərə, o cümlədən camışlara hücum edirlər.


Timsahlar soyuqqanlı heyvanlardır, bir çox növləri davranışları hesabına daimi temperaturu saxlamağa qadirdir. Məsələn, iri Nil timsahı gün ərzində günəşdə qızınır, gecələr temperatur aşağı düşdükdə isə ilıq suya doğru hərəkət edir. 


Timsahlar inkişaf etmiş görmə qabiliyyətinə malikdirlər. Onlar rəngləri yaxşı seçə bilirlər. Bundan başqa, timsahların gözlərinin arxa hissəsində gecə görməsini təmin edən əksetmə nahiyəsi vardır.


Timsahlar ölçülərinə görə dəyişkəndirlər. Böyük hamar alınlı Küvye kaymanının uzunluğu 1,5 m-ə çatır. Bu ən kiçik timsahdır. Qavial timsahı orta ölçülü heyvandır, ancaq o, nəhəng daraqlı timsahdan iki dəfə kiçikdir. 


Tamamilə suya batmış timsah yuxarıya doğru çıxan və suyun üzündə qalan burun deşikləri ilə nəfəs alır. Bundan başqa, udlaqda klapan vardır ki, qurbanla mübarizə zamanı suyun nəfəs borucuğuna düşməsinə yol vermir. 


Timsahın burnu qida və həyat tərzindən asılı olaraq quruluş və ölçüsünə görə fərqlənir.


Əsl timsahın burnu, bir qayda olaraq, daralmışdır. O, ağzını bağlayanda, alt çənəsinin 4-cü dişi görünür.


Aliqator və kaymanların enli burnu olur. Bu cür növlər daha iri heyvanlarla qidalanır, alt çənəsinin 4-cü dişi isə görünmür.


Qavialın burnu çox ensiz və uzadılmışdır. Çoxsaylı xırda və iti dişləri isə sürüşkən balığı tutub saxlamağa alışdırılmışdır.


Timsahın dişləri qənimətini tutub saxlamaq üçün münasibdir. O, qidanı çeynəməyə qadir deyildir, qəniməti bütövlükdə udur və yaxud onu hissələrə parçalayır.   


Timsahlar lilli sahillərdə qarınları üstə sürüşürlər. Daha uzun məsafələrə bədənlərini qaldıraraq öz qısa ayaqları ilə hərəkət edirlər. Bəzi növlər, məsələn, adi kauman, qida tapmaq məqsədilə kilometrlərlə yol keçə bilir.