YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Puyya Raymonda bitkisi

Puyya Raymonda - planetimizin bütün bitki örtüyünün ən qədim nümayəndələrindən biri hesab edilir. Vətəni And dağları olan bu heyrətamiz bitki dünyada ən böyük çiçəyə sahibdir. 


İlk dəfə Puyya 1830-cu ildə Fransız tədqiqatçısı Alsid Şarl Dorbin tərəfindən aşkar edilib və həyatının çox hissəsini bu bitkinin öyrənməsinə həsr edən İtalyan alimi Antonio Raymondinin şərəfinə adlandırılıb.


Nəhəng bitkinin çiçəyi 13 metr yüksəkliyə və təxminən 2,5 metr orta diametrə çata bilər. Puyya Raymondanın tək uzununa bitən nəhəng çiçəyi - üzərində ayrıca fərdi kiçik çiçəklərdən ibarətdir. Kiçik çiçəklərin sayı təxminən 11 mindir.


Çox kədərlidir ki, bitkinin aşağı gövdə hissəsi çiçəkləmədən sonra quruyur və yalnız nadir hallarda kök hissəsi yenidən böyüyə bilir. 


Puyyanın çiçəkləmə dövrü 50-80 ildən başlayır, lakin bitkinin 30 və ya 150 yaşda da çiçəklədiyi olub.


Puyya Raymonda planetimizin ən nadir bitkisidir. Bir zamanlar Puyya dağlıq ərazilərdə demək olar ki, hər yerdə böyüyürdü və hazırda yalnız And dağının Peru və Boliviya ərazisində dəniz səviyyəsindən 4000 metr yüksəklikdə tapıla bilər. Amma bu yerlərdə belə çox nadir Puyya şamını görmək mümkündür.


1960-cı illərdə yalnız bir neçə yüz Raymonda şamları vardı. Bu vəziyyət daha sonra Boliviya və Peru səlahiyyətlilərini narahat etdi və o vaxtdan etibarən bir neçə milli park və ehtiyat fondu yaradıldı. Əsas məqsəd isə bu nəhənglərin sayını artırmaq idi. 


Hazırda Puyya Raymonda dünyanın bir çox botanika bağlarında yetişdirilir.