YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kokos adaları

Kokos adaları digər adı ilə Kilinq adaları - Cənub-Şərqi Asiyada, Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur.


Arxipelaq 27 kiçik adadan ibarətdir. Avstraliyanın 2100 kilometr qərbində, Hind okeanının Şərqində yerləşir. Sahillərinin uzunluğu 26 km, dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü isə 5 metrdir. Arxipelaq təxminən 14 kv.km ərazini əhatə edir və iki hissəyə bölünür: Şimali Kokos adaları və Cənubi Kokos adaları. 


Ərazisinə görə Cənubi Kokos adaları böyükdür. Tərkibinə Saut Aylənd, Vest Aylənd, Houm, Dayrekşn və Horsbert-Aylənd kimi böyük adalar daxildir. Şimali Kokos adaları isə bir adadan ibarətdir.