YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Başıayaqlılar

Molyuskaların təkamül zirvəsi – başıayaqlılar sinfidir və ədalətli olaraq, onları dəniz birinciləri adlandırırlar. Bütün başıayaqlılar fəal yırtıcıdırlar, ona görə də yaxşı görmə qabiliyyətinə (nəhəng sprutun gözünün diametri 40 sm-dir), inkişaf etmiş beyinə malikdirlər. Zərif təşkil olunmuş beyin xüsusi müdafiəyə ehtiyacı olan orqandır. Ona görə də bütün başıayaqlıların özünəməxsus qığırdaqlı kəlləsi var.


Böyük səkkizayaqlı ilbiz və kalmarları, bəzən, qaniçən adlandırırlar. Ən böyük arxiteutis kalmarının uzunluğu 18 m-dən çoxdur.


Mürəkkəbböcəyi, səkkizayaqlı ilbiz və kalmarlar bacarıqlı reaktiv hərəkət prinsipindən istifadə edirlər. Onlar mantiya boşluğuna suyu yığırlar və güclü surətdə bu suyu xüsusi dəlikdən kənara tullayırlar. Nəticədə reaktiv qüvvə alınırki, bu da molyuskanı əks tərəfə itələyir. Ən yüksək mükəmməl reaktiv naviqasiyanı kalmarlar əldə etmişlər. Hətta onların bədən quruluşu da raket formasını xatırladır. Səkkizayaqlı ilbizlər reaktiv üsulla üzməkdən başqa, su dibində qolları üzərində hərəkət edə bilirlər (buna görə də onların qollarını çox vaxt ayaqlar adlandırırlar). Səkkizayaqlı ilbizlər təhlükə anında kalmarlar kimi çox yüksək sürətlə hərəkət edirlər. Alimlər hesablayıblar ki, səkkizayaqlı ilbizlər dənizdə saatda 15 km orta sürətlə hərəkət edirlər.


Bu sinfə kalmarlar, səkkizayaqlı ilbizlər, mürəkkəbböcəkləri və nautilusalar daxildirlər. Başıayaqlıların bədəni baş və gövdədən ibarətdir, ayaqlar isə qismən qısa, qismən də sorucu buynuz qollara çevrilmişdir. 


Başıayaqlılar necə müdafiə olunurlar?


Başıayaqlı molyuskalar - ən təcavüzkar və döyüşkən dəniz sakinləridir. Onların akula, muren, albatros, pinqvin, suiti və insan kimi çoxlu düşmənləri var. Hücum edən heyvanlarla döyüşdə onlar bütün vasitələrdən istifadə edirlər – bilavasitə döyüşdən tutmuş hiyləgərliyə qədər. Tutuquşulardakı kimi qüvvətli dimdik molyuskaların özündən böyük balıqların kəllə sümüyünü dağıdır. Dördkiloqramlıq kalmar asanlıqla qalın balıq torlarını dişləyib qırır, əgər ona harpun batarsa, o, qəzəblə onu gəmirib sındırır.


Səkkizayaqlı ilbizlərdə qolların sayı səkkiz, kalmarlar və mürəkkəbböcəyində isə ondur. Qollarda isə qüvvətli sorucu oranlar yerləşmişdir.


Başıayaqlıların başqa müdafiə üsullarından biri də yerləşdikləri mühitə görə rəngini dəyişməsidir. Səkkizayaqlıların maskalanması hamıya yaxşı məlumdur, lakin maskalanmaq üçün rəngi dəyişməkdə mürəkkəbböcəyini çempion hesab etmək olar. O çox asanlıqla istənilən yerə uyğunlaşır, yəni qum üzərində sarı, daşlar üzərində alabəzək rənglər ala bilir.


Təhlükə vaxtı başıayaqlılar hücum edənin diqqətini yayındırmaq üçün ağız boşluğundan qara məhlul buraxır. Buraxılan mürəkkəb damcısı başıayaqlının bədən formasını xatırladır və suda on dəqiqə asılı vəziyyətdə qala bilir. Qaçan molyuskun əvəzinə yırtıcı bu damcını tutur və bu vaxt o partlayıb mürəkkəb örtüyü əmələ gətirir. Belə mürəkkəb rəngli örtüyün altında kalmar, səkkizayaqlı və mürəkkəbböcəyi asanlıqla qaçıb canının qurtarır.


Səkkizayaqlı ilbiz çox qəribə bir “silah”a malikdir. Əgər düşmən qolun birindən yapışarsa, o, onu asanlıqla tullayır. Atılmış əl şiddətlə qıvrılaraq düşmənin bütün diqqətini özünə cəlb edir, bu vaxt səkkizayaqlı ilbiz sağ-salamat qaçıb gizlənir.