YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Buğumayaqlılar

Bu çoxsaylı heyvanlar tipinin nümayəndələri ilə biz çox yaxşı tanışıq. Buğumayaqlılar havanı, yeri, şirin və duzlu suları mənimsəmişlər. Buna onlar xüsusi daxili və xarici quruluşlarına görə yiyələnmişlər. Alimlər hesablamışlar ki, buğumayaqlıların 1,5 milyon növü mövcuddur.


Buğumayaqlılar başdan ayağa zirehlənmiş orta əsrlər cəngavərlərinə oxşayırlar. Onların bədəni müdafiə örtüyü olan möhkəm xitindən (xitin insanın saçında və dırnağında da var) ibarətdir. Belə zireh orqanizmi ətraf mühitin zərərli təsirindən qoruyur. 


Həssas bığcıqlar iybilmə və toxunma hisslərini yerinə yetirir. Buğumayaqlıların görmə qabiliyyətini çox vaxt mozaik adlandırırlar. Belə ki, onların çoxu sadə gözlərdən başqa, çox sayda xırda gözlərdən ibarət mürəkkəb (faset) gözlərə malikdirlər. Məsələn, xərçəngin mürəkkəb gözü 3000 xırda gözlərdən ibarətdir. 


Buğumayaqlıların bədəni çoxsaylı seqmentlərdən təşkil olunmuşdur. Bəzən bu seqmentlər tamamilə eynidir (çoxayaqlılar), lakin çox vaxt formalarına görə fərqlənirlər. Ona görə də bədən üç əsas hissəyə bölünür: baş, döş, qarıncıq. Bu tipin nümayəndələrinin əl-ayaqları bir neçə üzvlərdən ibarət olub, hərəkət oynaqları ilə birləşmişdir. Buna görə də bu heyvanlar çox surətlidirlər. Öz adlarını bu heyvanlar məhz bu xüsusiyyətinə görə almışdır.


Buğumayaqlıların əksər hissəsi ayrı-ayrı cinsiyyətli heyvanlardır. Cütləşmədən sonra dişi yumurta qoyur. Əksər buğumayaqlıların sonrakı inkişafı, adətən, çevrilmə ilə baş verir. İri heyvana çevrilməmişdən qabaq yumurtadan çıxan sürfə bir neçə mərhələ keçir. Axırda isə onların hər birində qabıqdan çıxma baş verir.


Erkəklər dişilərdən ölçülərinə, bədən formaları və rənglərinə görə çox fərqlənirlər.


Əzələlər birləşmiş zireh xarici skelet funksiyasını daşıyır. Lakin belə örtük dartılıb uzanmır və həşəratı böyüməyə qoymur. Ona görə də vaxt keçdikcə buğumayaqlılar köhnə örtüyü yenisi ilə əvəz edirlər – qabıqdan çıxma baş verir. İlk əvvəl, yeni zireh yumşaq olduğu vaxt heyvan sürətlə böyüməyə başlayır. 


Buğumayaqlılardan orqanizm üçün lazım olan ürəyin əmələ gəlməsini daxili quruluşun mütərəqqi xüsusiyyəti hesab etmək olar. Lakin molyuskalardakı kimi qan-damar sistemi qapalı deyil. Nəfəs orqanlarına gəldikdə, demək olar ki, su sakinlərinin qəlsəmələri, quru sakinlərinin isə ciyərləri və xüsusi nəfəs boruları (traxey) var.