YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Gənələr

Gənələr çox xırda olub, bəzən mikroskopik hörümçəyə oxşayırlar və ölçüləri 0,1 mm-dən 0,5 mm-ə qədər olur.Bəzən uzunluğu 3 mm olan nəhənglərə də rast gəlinir. Onların belə müxtəlif ölçüləri müxtəlif yerlərdə yaşamaları ilə izah olunur. Onlara torpaqda, meşədə, bitkilərdə və onların toxumalarında, suda (adətən şirin sularda) rast gəlmək olar. Bəzi gənələr parazit həyat tərzinə keçmişlər və buna görə də onlara quru heyvanlarında, dəniz və okean sahillərində də rast gəlinir.

 

Qoturluq gənəsi müxtəlif məməlilərin və insanların dərisində yaşayır. O, “qotur” adlanan xəstəlik yaradır. Bu xəstəliyə əl verib görüşəndə, qoturu olan insanın əşyalarından istifadə etdikdə yoluxmaq olar.

 

Bunlar çox xırda gənələrdir (0,15- 0,3 mm) və dərinin dərin qatlarına keçə bilirlər. Dəri altında hərəkət qaşınma yaradır.

 

Sadə hörümçək gənəsi bütün bitki aləminin düşmənidir. Onlar tərəvəz, bostan, bağ və hətta otaq bitkilərinə ziyan vururlar.