YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əqrəblər

Əqrəblər-quru buğumayaqlılarının ən qədim dəstəsidir. Ölçüləri, adətən, 5-10 sm-ə qədər olur, lakin 20 sm-ə qədər olan növləri də mövcuddur. Əqrəblər isti iqlimi olan ölkələrdə yaşayırlar. Onlar rütubətli meşələrdə, dəniz sahillərində, daşlı faydasız yerlərdə və səhra qumlarında məskunlaşıblar.

 

Əqrəblər gecələr ov edirlər və ilin ən isti vaxtında daha fəal olurlar. Onlar əl ilə toxunmaqla hərəkət edirlər. Burada əsas rolu oynayan qısqaclar üzərindəki lamisə tükləridir. Əqrəblər ancaq canlı ovla qidalanırlar. Onların paylarına hörümçəklər, həşəratlar və onların sürfələri, hətta kiçik kərtənkələ və siçanlar düşür. Əqrəblərin bir başqa qəribəliyi də var ki, onlar uzun müddət ac qala bilirlər (yarım il ac qalma elmə məlumdur).

 

Əqrəblər hərəkət edən obyeklərə cəld və həssaslıqla reasksiya verib onları tuturlar. Əgər obyekt təhlükəlidirsə, onda quyruğunu başına doğru əyib qorxuducu poza alırlar.