YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Lombok adası

Lombok - Malay arxipelaqına daxil olan, Kiçik Zond adalarına aid adadır. Əsas inzibati mərkəzi - Mataram şəhəridir. Adanın ərazisi dörd dairəyə bölünür.


Adanın sahəsi təxmini olaraq 5435 km² təşkil edir. Ada ümumilikdə oval formaya malikdir. Hündür nöqtəsi 3726 metr yüksəkliyə malik olan Rincani vulkanıdır. Bu dağ hündürlüyünə görə İndoneziyanın ən hündür üçüncü zirvəsidir. Cənub hissəsi isə yayla düzənliklərdən ibarətdir. Şimal-qərb və şimal-şərq sahillərinə yaxın kiçik adalar vardır.


Bali adasına sadəcə bir neçə uzaqlıqda yerləşən Lombok adası - ətrafı dənizlərlə əhatə olunan, hələ tam kəşf edilməmiş bir yerdir. Ada heyrətamiz təbiəti, qumsalları, palma ağacları və müxtəlif faunası ilə turistləri heyran edir. Ən məşhur qumsallarından biri adanın cənubundakı Kutadır.


Ada faydalı qazıntıları ilə zəngindir. Əsasən burada zəngin əlvan metal yataqları vardır. Üstəlik burada qurğuşun, qalay, dəmir, manqan, sink, gümüş və qızıl çıxarılır.

 

Lombok adasında 3 milyondan çox insan yaşayır. Cənub və şərq hissələrdə insanlar əsasən platolarda cəmləşiblər. Dağlıq ərazilərdə isə əhali azdır. Adanın 80 % əhalisi sasan xalqına mənsubdur. Yerdə qalan 10 % əhali Bali xalqıdır. Bundan əlavə adada az miqdarda çinlilər, yavalılar və İndoneziyanın digər xalqları yaşayır.


Adada tekstil sahəsi yüksək inkişafa malikdir. Metallurgiya sənayesi hələ holland işğalı dönəmindən məlumdur. 2006-cı ildən sənayenin bu sahəsi ekoloji problem səbəbindən fəaliyyətini dayandırmışdır. Son zamanlar adada zəngin qızıl yatağı aşkarlanıb.