YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Böcəklər

Böcəklər ən müxtəlif və növlərinə görə zəngin həşəratlardır. Onlar yerin quru səthinin, meşə və yüksək dağ massivlərinin, şirin su hövzələrinin və insan mənzillərinin sakinləridir. Bu günə kimi onların 300 min növü məlumdur. Onların əsas əlaməti ancaq sərt və möhkəm qabaq qanadlarıdır (üst qanadlar). Bu qanadlar çətin vəziyyətdə xitini zirehə çevrilirlər. O, ikinci pərdəli qanadları müdafiə edir. Əksər böcəklər uçmamışdan əvvəl üst qanadları yuxarı qaldırırlar, sonra isə daha uzun uçucu qanadları düzəldirlər.

 

Həşəratlarla mübarizədə-kənd təsərrüfatı bitkilərinə kütləvi ziyan vuranlarla: mənənə, yastıca, ağqanad fosenoid, kartof böcəyinin sürfələri ilə mübarizədə bizə yaxşı məlum olan xallı böcək istifadə olunur. Bu böcəkləri xüsusi müəssisələrdə çoxlu miqdarda yetişdirirlər və sonra təyyarə vasitəsilə ziyan vurulmuş tarlalara səpirlər.

 

Böcəklər və onların özlərinə oxşar acgöz sürfələri (hər bir sürfə pupa çevrilməsi üçün 100-ə yaxın mənənə yeməlidir) məhsulu qorumaq qabiliyyətindədir. Böcəklər ətraf mühitə ziyan vurmadan zərərvericiləri məhv edirlər, hansı ki kimyəvi üsulla buna nail olmaq mümkün deyil. Həşəratların ziddiyyətli rəngi onların yeməli olmadığına xəbərdarlıqdır. Əgər hər hansı bir kərtənkələ və ya quş xəbərdarlığa baxmayaraq, xallı böcəyi yemək istəsələr, onda onun ayaqlarından yandırıcı və pis iyli maye ifraz olunur. Bundan sonra hücum edən ovunu buraxır və həmişəlik bu parlaq böcəyi yadda saxlayır.

 

Qanadı tüklü böcəyin ölçüsü sancağın başından kiçikdir, ancaq afrikalı qoliaf böcəyinin uzunluğu 15 sm, çəkisi 100 qr-dır.

 

Ən iri böcəklərdən biri də odun böcəyidir. Onun uzunluğu 10 sm-dən çoxdur və korlanmış ağaclarla qidalanır.

 

Əksər böcəklər onlara hücum edənləri qorxutmaq üçün xoşagələməz iyə malikdirlər. Belə müdafiə üsulundan ən yaxşı istifadə edən cənub düzənliklərində yaşayan dozanqurdu böcəyidir.

 

Belə bir müdafiəyə damcı ilə pis iy ifraz edən səhrada yaşayan ləng böcəklər də malikdirlər. Bu böcəklər ot gövdəsilə qidalanır və gecə həyat tərzi keçirir.

 

Yarpaq yeyən böcəklər arasında ən böyük təhlükə yaradan Şimali Amerikada geniş yayılmış kartof böcəyidir (Kolorado böcəyi). Onları kartof əkilən bütün sahələrdə görmək olar.

 

Kartof böcəyi və onun sürfələri kartof kollarının yarpaqlarını yeyirlər, bu da kartof yumrularının yetişməsinə əngəl yaradır, son nəticədə isə bütün məhsulun itirilməsinə gətirib çıxarır.

 

Ləng böcək qabarıq gövdəsini yuxarı tutaraq qum üzərində çox asan qaçır və uzun ayaqlarındakı fırçaların hesabına özünü quma basdırır. Bitişik üst qanadlarının altında uçaq qanadlar yoxdur, buna görə də o uça bilmir.

 

Dozanqurdu böcəyində arxaya açılan bir cüt vəzlər var. Təhlükə hiss etdikdə ondan təqib edənlərin göz və burnuna tüstünü xatırladan acışdırıcı maddə buraxır.

 

Qida az olan, məsələn, palıd meşələrində maral böcəkləri ağac şirəsi ilə, onların sürfələri isə çürümüş ağacla qidalanırlar. Erkəklər qurumuş ağac budaqlarından ötrü mübarizə aparırılar. Nəticədə “buynuzsuz” dişi bura yumurtalar qoyur.

 

Erkəklər üst çənədə bitən şaxəli “buynuzlara” malikdirlər. Onlar əsl marallardakı kimi döyüşlərdə qorxunc silah kimi xidmət edirlər.

 

Quraqlıq cənub rayonlarında yaxşı tanınan peyin böcəyidir və onlar peyindən kürəciklər düzəltmək qabiliyyətinə malikdirlər. Kürələri diyirlətmək nə vaxtsa qədim misirlilərin diqqətini çəkmişdir. Onlar belə hesab edirdilər ki, kürələrin hərəkəti günəşin hərəkətini təsvir edir və böcəklərin başındakı dişilərdə onlar günəş şüalarına oxşar şüalar görmüşlər, bu da kürə diyirləyənləri müqəddəs hesab etməyə səbəb olmuşdur.

 

Adətən peyin böcəyinin erkək və dişisi çoxlu sayda kürəcikləri şaxəli yuvalarında gizlədirlər. Sonra dişi hər bir kürəciyə bir yumurta qoyur, burada sürfələr inkişaf etməyə başlayır və kürənin tərkibi ilə qidalanır.