YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çəyirtkəkimilər

Əksər düzqanadlıların bədənləri uzadılmış formadadır, demək olar ki, eyni rəngdə və bığları bədənlərindən uzundur. Onların hamısının sıçrama tipli iri arxa ayaqları qalın və uzun budludur. Başda bığlardan başqa yumurtavari mürəkkəb gözlər və gəmirici tipli möhkəm çənə yerləşib. Böyük həşəratlarda sinədən qarına kimi qarını örtən qalın, lakin yumşaq üst qanadlar var. Bu üst qanadlar həm də yaxşı inkişaf edən, şəffaf, uzun damarlarla ləkəli alt qanadları da örtür.

 

Dəvədəlləyi- Avropada, Asiyada və Afrikada geniş yayılmış yırtıcıdır. Onların qabaq ayaqları çox uzundur və şikarını tutub saxlamaq üçün xüsusi “alətlə” silahlanmışdır. Dəvədəlləkləri tropik təbiətdə daha çoxdur. Burada kiçik qusalar, qurbağanı və ya kərtənkələni tutmağa qadir iri növləri rast gəlinir.

 

Yaşıl və ya qonur-sarı rəngin sayəsində pusquda duran dəvədəlləyi qurbanı tərəfindən görünməz olur. O, gizlicə öz şikarına yaxınlaşır və cəldliklə yapışqan qabaq ayaqları ilə onu tutur. Şikarını yedikdən sonra dəvədəlləyi yenidən pusquda durur.

 

Düzqanadlılardan olan çubuğabənzərlər-bitkiyeyən, ləng məxluqdurlar. Xarici görkəmlərinə görə onlar kiçik budağa və ya yarpağa oxşayırlar, burdan da onlara verilən adı doğruldurlar.

 

Çubuğabənzərlərin tropik növləri həşəratlara nisbətən iri olur. Nəhəng İndoneziya çubuğabənzərinin uzunluğu 35 sm olur.

 

Danadişilər ağır bədənləri, qısa bığları və qabaq ayaqları ilə fərqlənirlər. Onların qabaq ayaqları qazmağa və torpaqda hərəkət etməyə uyğunlaşmışdır.

 

Gündüzlər danadişilər yeraltı həyat tərzi keçirirlər. Bağ və bostanlarda məskunlaşan danadişilər əksər bitkilərin köklərini məhv edirlər. Toranlıqda danadişilər yuxarı çıxırlar. Burada erkək ucadan və uzun “cəh-cəh” səsi çıxararaq dişini axtarır, dişi də öz növbəsində ona cırıldamaqla səs verir.

 

Kənd təsərrüfatının və bütün bitki aləminin ən təhlükəli ziyanvericisi köçəri çəyirtkədir. Onlar böyük çay və göllərin bataqlıq sahəsindəki qamışlıqda yaşayırlar.

 

Adətən çəyirtkələr böyük sahələrdə səpələnmiş şəkildə yaşayır, burada olan bitkilərlə qidalanırlar. Onların sürfələrinin inkişafı heç nə ilə o biri düzqanadlılardan fərqlənmir. Quraqlıq başladıqda bitkilər yanıb məhv olur və faciəli şəkildə qida çatışmır. Əmələ gələn sürfələr məhdud bur sahədə toplanıb, bir-birini itələməyə məcbur olurlar. Bu da onların daxili vəziyyətlərinin dəyişməsinə səbəb olub, onların bədən formasının və rənginin dəyişməsi ilə nəticələnir və sürü halında yaşama davranışı yaranır. Sürülər birləşərək istənilən məsafəni qət eləməyə başlayırlar və yolundakı hər şeyi yeyib məhv edirlər. 1-2 saat ərzində onlar yüz və min hektar əkini məhv edə bilirlər.

 

Şala cırcırama xırda həşəratlarla və bitkilərlə qidalanır. Mayalanmadan sonra dişi yumurta qoyur. Gələn yaz yumurtadan sürfələr çıxır. Böyük həşəratlardan onlar ölçülərinə və qanadlarının yoxluğuna görə fərqlənir.

 

Yayda gölməçələrdə, bağlarda və parklarda cırıldama eşidilir. Bu, xarici görkəmi bütün düzqanadlılara xarakterik olan şala cırcıramanın ifa etdiyi mahnıdır. Onlar hər yerdə məskunlaşmış, yaşıl ot və yarpaqlar arasında yaxşı maskalanırlar.

 

Çöllərdə uzunluğu 8 sm olan qanadsız şala cırcırama dar-dar yaşayır. O saatlarla otlar arasında hərəkətsiz dayanıb çəyirtkəni, böcəyi və ya kəpənəyi gözləyir və cəldliklə qabaq ayaqlarıyla onları tutur.

 

Bütün şala cırcıramalarının səs aparatı qanadüstündə yerləşib. Çəyirtkə qanadüstlərini yüngülcə qaldırır, onları bir-birinə sürtür, birindəki dişciklər o birindəki pərdəyə dəyərək uca səs yaradır.

 

Evlərdə, çatlarda kiçik boşluqlarda bəzən çəyirtkələr fəsiləsindən olan ev sisəyi məskunlaşır. Bir qayda olaraq, səs siqnallarını erkəklər çıxarır. Ev sisəyi ərzaq tullantılarıyla: çorək qırıntıları, yarma və qurumuş göylə və s. qıdalanır.

 

Çoxalma vaxtı dar-darların bir xüsusiyyəti var: bu həşəratların dişiləri mayalanmamış yumurtalar qoyurlar və nəticədə bu yumurtalardan yenə də dişi əmələ gəlir. Ümumiyyətlə bu həşəratların erkəyi olmur. Bütün çollərin şumlanmasi ilə əlaqədar olaraq dar-dar məhv olmaq üzrədir və buna görə də o Qırmızı kitaba salınıb.