YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Birələr və bitlər

Birələr yer kürəsində dəyişməyən görkəmdə ta qədimdən yaşayırlar. Onların 40-50 milyon il bundan qabaq yaşadığı ehtimal olunur. Və onlar müasir birələrin əcdadlarıdırlar.

 

Birələrin inkişafı metamorfoz ilə, yəni tam çevrilmə ilə keçir. Yumurtadan ayaqsız soxulcanaoxşar sürfələr çıxır. Birələrin sürfə halında həyatı 6 gündən 200 günə qədər davam edir. Sürfə inkişafın axırında barama toru toxuyur. Birənin pupa çevrilməsinə 230 gün tələb olunur. Pupdan çıxan iri birə hər hansı bir heyvanın bədənində yerləşir.

 

Birələr məməlilərin və quşların xarici parazitləridir. 4mm uzunluqda olan bu həşəratlar 19 sm hündürlüyü, 30 sm uzununa tullana bilir.

 

Birələrin yastı bədənləri heyvanların tük örtüklərində yaşamağa və hərəkət etməyə uyğunlaşmışdır. Birələrin bədəni həmişə hamar və sürüşkəndir, qıllar və tükcüklər arxaya istiqamətlənmişdir.

 

Birələrin arxa ayaqları tullanma funksiyası daşıyır. Belə ayaqların əsasını elastik yastıqlar təşkil edir. Bu yastıqlar ən yaxşı rezin növündən də elastikdir. Onların köməkliyi ilə birə çox böyük sıçrayışlar edə bilir.

 

Üst qabaq çənə qıraqları diş-diş edimiş stiletə (üçtiyəli kiçik xəncər) çevrilmişdir. Birələr bu stiletin köməkliyi ilə dərini deşirlər. Bunlardan sonra tiyəyəoxşar alt çənə yaranı genişləndirir. Əvvəlcə birə yaraya ağız suyunu axıdır. Bu da qaşınma verir və qanın laxtalanmasının qarşısını alır. Qan qida borusunun qabaq hissəsi ilə sorulur. Birənin mədəsi son dərəcə genişlənə bilir.

 

Bitlər xırda həşəratlar olub, birələr kimi məməlilərin və insanların bədənində yaşayır.

 

Bitlərin inkişafı metamorfozasız keçir. Yumurtadan kiçik bit çıxırvə tədricən qabıq qoyaraq inkişaf edir. Bitlərin yumurtaları sirkə adlanır. Bitlər onları yataq dəstlərinə xüsusi yapışqanla yapışdırır.

 

Bitlərin ağız hissəsi yumşaq boruya salınmış iynədən təşkil olunmuşdur. İynə batırılan vaxt bu borunun kənarları dəriyə çox möhkəm sıxılır və germetik birləşmə yaradılır. Ağız suyundakı xüsusi maddə qanın laxtalanmasının qarşısıını alır. İnsan bitlərinin ağız suyu hemoqlobini məhv edir, ona görə də, o, qan içdiyi yerdə göy ləkələr əmələ gəlir.