YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Oselotlar

Oselot pələng pişikləri cinsinə aid olan, pişik növlərinin ən böyüyüdür. Qısa, qırmızımtıl, sarı, qəhvəyi və boz rəngli kürkləri vardır. Gözəl görünüşə malik olan dişi oselotlar erkək oselotlardan kiçik olsalar da, görünüşcə bir-birinə oxşardırlar. Oselotun başdan quyruğa qədər bədəninin uzunluğu 100–140 sm, hündürlüyü 50 sm-ə qədər, kütləsi isə 10-16 kq olur.

 

Oselotlara adətən tropik, manqrov meşələrdə, sahil bataqlıqlarında rast gəlinir. Gecə və gündüz yarpaqlı bir budaqda və ya qalın bitki örtüyündə yüksəkdə yatarlar. Yalnız gecələr açıq ərazilərə çıxırlar. Ovlarının ardınca da gecələr gedirlər. Görmə, eşitmə qabiliyyətləri çox güclüdür.  Dişi oselotların hamiləlik müddəti 85 gündür və 2-3 bala dünyaya gətirirlər. 6 həftə boyunca südlə qidalanan bala oselotlar bir neçə ay sonra analarından ov ovlamağı öyrənirlər. 

 

Oselotlar balaca gəmiricilər, sürünənlər, quşlar və balıqlarla qidalanırlar. Oselotlara bəzən “Balaca pələng”, “Rəngli pişik”, “Tarla qaplanı” da deyilir.