YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dərisitikanlılar

Bu tipin ən parlaq xüsusiyyəti onun adında əks olunub. Bu heyvanların xarici örtüyü kirəcli iynə və lövhələrdən ibarətdir. Dərisitikanlılar dəniz sularından tutmuş dünya okeanlarının dərinliyinə qədər məskunlaşıblar. Dəniz zanbağından başqa onların hamısı hərəkətlidir. Onların hamısı dəniz dibinin sakinləridir və təhlükə hiss etdikdə lil və ya qumun içərisinə girib gizlənirlər. Yalnız dəniz kirpiləri heç nədən qorxmurlar, çünki onları iynələrlə örtülmüş möhkəm zireh qoruyur.

 

Dəniz kirpisi stronqilosentrotus sakit və Atlantik okeanın Şimal hissəsində və arktik dənizlərdə geniş yayılmışdır. Alimlər bu kirpilərin 1000 m dərinlikdə yaşadığını müəyyən etmişlər.

 

Dəniz kirpisi qeterosentrotus dayaz tropik dənizlərdə yaşayır. Özünün kobud iynələri ilə o, özünə yuva qazır və çox vaxt inkişaf edən bu kirpilər ölçüləri böyüdüyü üçün yuvadan çıxa bilmirlər. Ləpədöyənlərin yuvaya gətirdiyi yemlə qidalanırlar.

 

Alimlər bəzi dərisitikanlıların lövhələri üzərində onların yaşını bildirən inkişafı halqaları müəyyən etmişlər (ağac gövdələrinin içərisindəki kimi). Bu halqaları saydıqda məlum olmuşdur ki, iri dəniz kirpiləri 35 il yaşayırlar. Bəzi dəniz ulduzları yalnız 14 yaşında özünün adi formasını alır. Ofiuralar isə 5-6 il az yaşayır.

 

Şimal dənizlərinin adi sakinlərindən biri də ofiuradır. Onların bəzi növləri, məsələn, ofiopleuranın diskinin diametri 4 sm, şüalarının uzunluğu isə 40 sm olur.

 

Dərisitikanlıların uzaq əcdadları ikitərəfli-simmetrik heyvanlar olmuşlar. Müasir dərisitikanlıların sürfələri də həmçinin ikitərəfli-simmetrikdir. Dərisitikanlıların əcdadlarında simmetrik şüaların əmələ gəlməsi onların hərəkətsiz həyat tərzinə keçməsi ilə bağlıdır. Belə heyvanlar təhlükəyə və istənilən tərəfdən meydana çıxacaq qidaya hazır olmalıdırlar. Buna görə də onlar eyni vaxtda bütün tərəfləri nəzarətdə saxlamağı bacarmalıdırlar. Əksər müasir dərisitikanlılar yenidən hərəkətli həyat tərzinə keçmişlər.