YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dəniz minayaqlıları

Əgər dəniz qoloturiləri və dəniz kirpiləri nisbətən az hərəkət edən heyvanlardırsa, əksinə dəniz ulduzları, əsasən, ofiuralar çox cəld hərəkətlidirlər. Əgər diri dəniz ulduzunu çevirsək, onun qollarında çoxsaylı xırda fırlar görərik. Bu fırlar ambulakral ayaqlar adlanır və onlar bütün dərisitikanlıların hərəkət etməsinə kömək edir.

 

Bədəni daxili su ilə dolmuş kanallar sistemindən ibarətdir. Yanlardakı ayaqlar su ilə dolu qalınlaşdırılmış ampulaya bənzəyir. Bu ampula qısalan zaman daxildəki maye sürətlə ayağa doğru vurulur, bu vaxt ayaq dartılaraq uzanır. Ayağın əzələ divarları yığıldıqda isə su təzədən ampulaya qayıdır və ayaq qısalır. Belə bir daxili prosesin hesabına dərisitikanlılar hərəkət edir.

 

Dəniz ulduzu asterias rubens Barens və Ağ dənizdə geniş yayılmışdır. Onun şüalarının uzunluğu 30 sm-ə qədər ola bilər.

 

Dəniz ulduzu krossasterı sürətinə görə ulduzlar arasında rekordçudur. Onlar bir dəqiqə ərzində 2 m məsafə qət edirlər.