YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıqların ölçüləri

Adi naqqa balığının 200 kq-a yaxın çəkisi olur. Bu şirin su hövzələrində yaşayan ən iri balıqlardan biridir. Ən iri balıqlardan biri də nərəkimilər dəstəsinin nümayəndəsi bölgədir (onun çəkisi 1 tona çatır). 1926-cı ildə tutulmuş bölgənin çəkisi 1228 kq, qarnındakı kürüsü isə 246 kq olmuşdur.

 

Bölgəni nə şirin su, nə də dəniz balığına aid etmək olar, çünki bütün həyatı boyu o həm çayda, həm də dənizdə yaşayır.

 

Ən iri balıq balina və ya qütb akulası hesab olunur, onun uzunluğu 15 m-ə çatır. Bu akula xırda heyvanlarla qidalanır və buna görə də insanlar üçün təhlükəli deyil.

 

Balıqların müxtəlif növlərinin yaşama müddəti çox fərqlidir. Onlar arasında uzunömürlülər də var (bölgə 100 ildən çox yaşayır). Bəzi balıq növləri birinci kürünü tökdükdən sonra məhv olurlar. Buna angvil və uzaq şərqdə yaşayan qızılbalığı misal göstərmək olar. Balığın yaşını təyin etmək mümkündürmü, bilmək olarmı, o nə qədər yaşayıb? Bunu balığın bəzi sümük və pulcuqlarının vasitəsilə təyin etmək mümkündür. Balıq böyüyür lakin il ərzində o, qeyri-bərabər inkişaf edir. Balıqların inkişafı dövründə ləngimə və sürütlənmə halları var, ona görə də boyun inkişafı prosesində pulcuqlarda halqalar əmələ gəlir. Bu halqalara görə balığın yaşını təyin etmək olar. Bəzi balıqlarda, məsələn xanı balığında, nalımda və başqalarında belə halqalar qəlsəmə qapağının üstündə müşahidə olunur. Nərə balığı və akulanın yaşını üzgəc sümüklərinə görə təyin etmək daha asandır.

 

Atlantik, Sakit və Hind okeanının tropik sularında uzunluğu 6 m, çəkisi 4 ton olan manata skatı yaşayır.

 

Balıqlar aləmində cırtdanlara da rast gəlinir. Ən xırda balıq (onlar həm də bizim planetdə ən kiçik onurğalı heyvanlardır) xulbalıqdır.

 

Onlar arasında isə ən xırdası Filippin adalarında yaşayan xulbalıq pandaka piqmeadır.

 

Onun bədəninin uzunluğu 1 sm-ə yaxındır. Əgər tərəzinin bir gözünə akula qoysaq, çəkini bərabərləşdirmək üçün o biri gözünə 10 milyon xulbalıq qoymalıyıq.

 

Balina və ya qütb akulasının elmi adı setorinus maksimus onun çox böyük ölçüsünə işarədir. Bu balığın çəkisi 30 tondur, qaraciyərinin ağırlığı isə 1 tona yaxındır.