YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Buta

Buta Azərbaycan xalçalarında və milli geyimlərimizdə ən çox istifadə olunan naxışlardan biridir. Maraqlıdır ki, xalq arasında üz-üzə əks olunmuş butalara “sevgili buta”, arxa-arxaya dayanmış butalara isə “küsülü buta” deyilir. Butanın yaranma tarixi və mənası ilə bağlı alimlər müxtəlif fikirlər söyləyirlər.

 

“Buta” sözünün başqa bir mənası da “qönçə”dir. Həqiqətən, bir çox xalça naxışları kimi, buta da qönçəni, gül ləçəyini xatırladır.

 

Bəzi tədqiqatçılar alov diliminə bənzədiyinə görə butanı od, alov rəmzi kimi qəbul edirlər. Digərləri isə butanı tovuz quşunun təsviri ilə bağlayırlar. Doğrudan da, qədim xalçalarımızda bu quşun təsvirinə tez-tez rast gəlmək olar. Güman etmək olar ki, sonradan tovuzun rəsmi sadələşdirilmiş və buta ilə əvəz edilmişdir.

 

Belə bir fikir də var ki, buta 9 rəqəmindən yaranmışdır. Bu rəqəmi istənilən başqa rəqəmə vurduqda alınmış ədədin rəqəmlərinin cəmi doqquza bərabər olur: 9x3=27 (2+7=9), 9x7=63 (6+3=9) və s. Doqquz yeganə belə rəqəmdir, buna görə də bir çoxları onu müqəddəs rəqəm hesab edirlər.

 

Hazırda üzərində buta təsviri olan yüzlərcə Azərbaycan xalçası dünyanın məşhur muzeylərinin salonlarını bəzəyir.