YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qara Qarayev

Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, AMEA-nın akademiki
 
1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində anadan olub. 
 
1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində musiqi məktəbinə daxil olur. 
 
1935–ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərində təhsil alır. 1938–ci ildə Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə qəbul olur. Böyük vətən müharibəsinin başlaması ilə təhsilini yarımçıq qoyub Bakıya qayıdır və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləməyə başlayır.
 
Müharibə qurtarandan sonra Moskvada təhsilini davam etdirir. 1946-cı ildə Moskva Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlayır. Həmin il Cövdət Hacıyev ilə birlikdə yazılmış “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülür.
 
1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilir, “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı laureatı olur. Daha sonra Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlayır.
 
1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru vəzifəsinə təyin olunur. 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilir. 1953–cü ildə onun bəstələdiyi “Yeddi gözəl” baleti Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında səhnəyə qoyulur. 1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edir. 
 
1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı seçilir. 1959–cu ildə SSRİ xalq artisti adını alır. Azərbaycan Elmlər Akademiyasının akademiki seçilir. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilir.
 
1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edir. Bakıda Fəxri Xiyabanda dəfn olunur.