YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kepler İohan

Johannes Kepler 
 
Alman astronomu və riyaziyyatçısı
 
1571-ci il dekabrın 27-də Ştutqartın 30 kilometrliyində yerləşən Veyl-der-Ştadt şəhərində kasıb protestant ailəsində anadan olub. Monastır məktəbini, Tyubingen akademiyası nəzdində ruhani seminariyasını və Tyubingen akademiyasını bitirib. Həmin məktəbdə heliosentrik sistemi ilə tanış olub.
 
1594-cü ildən Qrats Universitetində riyaziyyat və astronomiyadan dərs deyib.
 
1596-cı ildə "Kainatın sirri" adlı ilk əsərini yazan İohan dini təqiblərdən yaxa qurtarmaq üçün Praqaya köçür. 
 
1609-cu ildə Marsın hərəkətindəki qanunauyğunluqları öyrənir və "Yeni astronomiya" kitabını nəşr etdirir. Çox keçmədən Vatikan bu kitabı qadağan olunmuş nəşrlər siyahısına salır.
 
1611-ci ildə teleskopla bağlı "Dioptrika" əsərini yazır.
 
1627-ci ildə son böyük əsəri olan və planetlərin vəziyyətlərinin dövrünə görə əvvəlcədən dəqiq hesablamalara imkan verən "Rudolf cədvəlləri" kitabını qələmə alır. 30 illik müharibənin (1618-1648) başlaması ilə Ulm şəhərinə qaçmağa məcbur olur.
 
1628-ci ildə ehtiyac üzündən ordu sərkərdələrinin birinin yanında astroloq işləməyə başlayır. Yığılıb qalan məvacibini almaq üçün Regensburq şəhərinə, imperatorun yanına gedərkən yolda soyuqlayaraq vəfat edir və yerli məzarlıqda dəfn edilir. 30 illik müharibənin sonlarına yaxın həmin məzarlıq tamamilə dağıdılır və Keplerin qəbri də məhv olur.
 
Bir çox astronomik kəşflər edən Kepler kilsə tərəfindən təqib olunmasına baxmayaraq, dindar bir şəxs idi və kainatın Tanrı tərəfindən yaradıldığına səmimi qəlbdən inanırdı. Elm ilə məşğul olmağının səbəbini "Tanrının əsərlərindəki ləzzəti dadmaq istəyi" ilə izah edirdi. Tanrının yaratdığı hər şeydə özünü göstərdiyinə inanan Keplerdən təbiət hadisələrinin səbəbini soruşanda, bu qanunauyğunluqları yaradan "Bizim Tanrımızdır, O ən böyükdür, üstündür və Onun elmi sonsuzdur" deyə cavab verirdi.