YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Öd

Bilis
 
Onurğalı heyvanlarda və insanda qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq hasil etdiyi maye
 
Yaşıl-sarımtıl rəngdə, çox acı, neytral reaksiyalıdır və maye halında olur. Həzmdə iştirak edən öd daim ifraz olunsa da, yalnız həzm zamanı onikibarmaq bağırsağa tökülür. Həzm prosesinin getmədiyi vaxtlarda isə öd kisəsində toplanaraq, onun divarındakı vəzilərdən ifraz olunan seliklə qarışır. 
 
Qaraciyərdən gələn öd duru və açıq, öd kisəsində seliklə qarışan öd isə tünd və qatı olur. Öddə bəzən yağ damcılarına, öd yollarından qırılmış silindrəbənzər hüceyrələrə, öd boyağı dənələrinə və xolesterin kristallarına da rast gəlinir.